Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-12-2014, 10:01)
“Sovetski” sakinlərinə saxta işıqpulu qəbzi tələsi qurulub

“Sovetski” və yuxarı məhəllələrdəki evlərin söküləcəyindən istifadə edərək sakinlərin adına külli miqdarda işıq pulu borcu yazılır.

 

Bu barədə virtualaz.org saytına “Sovetski” sakinlərinin bir qrupu məlumat verib.
Sakinlərin sözlərinə görə, əksər evlərə 700 manat işıq pulu borcu ilə bağlı qəbz təqdim edilib: “Ötən həftədən işıqları fasilələrlə verirlər. Yasamal rayon işıq idarəsindən deyirlər ki, sayğacda yazılan borcdan əlavə ayda 50-100 manat ödəməklə borcu ödəyə bilərik. Bu borcu aylara bölməklə bizə guya hörmət edirlər”.
Sakinlər deyir ki, evlərin sökülməsindən sui-istifadə edərək onlara saxta qəbzlər təqdim olunur.
Yasamal rayonu, İsmayıl Qutqaşınlı kucəsi, ev 19-da yaşayan Samiq Qeybulla oğlu Əlibalayev isə virtualaz.org saytına deyib ki, məsələ ilə bağlı “Azərenerji” Səhmdar Cəmiyyətinin rəhbərliyinə müraciət etsə də buna reaksiya verilməyib: “Mənə guya 700 manat işıq pulu borcumun olduğuna dair qəbz təqdim ediblər. Məsələ ilə bağlı Yasamal rayon işıq idarəsinə müraciət etdim. Mənə təqdim edilən qəbzin üzərində göstərilən ünvan İsmayıl Qutqaşınlı küçəsi ev 21, mənzil 6 göstərilib. Mən isə bu ünvanda yaşamıram və şəxsiyyət vəsiqəmi də idarəyə təqdim etmişəm. İdarədən də mənzilə qoyulan sayğacın kodu ilə ünvanın eyni olmadığını təsdiqlədilər. Lakin borcun ödənilməsini də tələb etdilər. Bu tələbi qanunsuz adlandırdım. İşığımı kəsdilər. İşıq verilmədiyindən 200 manat ödəmək məcburiyyətində qaldım”.
Şikayətçi onu da qeyd etdi ki, 2012-ci ildə mənzilinə sayğac quraşdırılıb: “2012-ci ilədək olan sayğacın göstəricisini, yığılan borcun məbləğini təqdim etmədilər. Dedilər ki, guya aktı tapa bilmirlər”.
İndi sakinləri yalnız bu sual düşündürür: “2011-2012-ci illərdən indiyədək işıq pulu ödəmiriksə, il boyu qapı-qapı gəzən elektrikşəbəkə işcıləri niyə xəbərdarlıq etməyiblər, məhkəməyə müraciət edib borcun məcburi ödənilməsinə niyə nail olmayıblar?. Borc yalnız söküntü başlayandan sonra yada düşüb?”
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsindən isə virtualaz.org saytının sualına bir cümlə ilə cavab verdilər: “Yalandan heç kimə borc yazılmır”.

 

Bu vəziyyəti virtualaz.org-a şərh edən hüquqşünas Azər Məmmədov isə deyir ki, sakinlərin məhkəməyə müraciət etmək hüququ var. Onlar məhkəməyə müraciət edərək borcu sildirə, üstəlik təzminat ala bilərlər. Amma qəbzdə göstərilən borcun yalan olduğunu sübut edə bilərlərsə...
шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024