Hadisə (8-11-2014, 21:11)
Daha bir körpə ölümü - Bakıda
18 yaşlı ananın körpəsi doğuşdan sonra öldü
Mediatv.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gün Respublika Perinatal Mərkəzdə qeydə alınıb.
Bakı şəhər sakini, Qurbanovlar ailəsinin gəlini noyabrın 7-si gecə Mərkəzə gətirilib. Səhər saat 9 radələrində təbii doğuşla oğlan uşağı dünyaya gəlib. Həkimlər tərəfindən köpəyə lazımi tibbi yardım göstərilsə də, körpə axşam saatlarında vəfat edib.
Məsələ ilə bağlı Respublika Perinatal Mərkəzin baş həkimi Sevinc Məmmədova APA-ya açıqlamasında deyib ki, 18 yaşlı Səfərova Nuranə Asif qızı noyabrın 7-si səhər saat 07:40-da mərkəzə daxil olub. S.Məmmədovanın sözlərinə görə, bu onun ikinci hamiləliyidir: “İlk dəfə 17 yaşında 2.5 kq çəkisində sağlam uşaq dünyaya gətirib. Uşağın 40-cı çıxmamış yenidən hamilə qalıb və bu, onun II hamiləliyidir. Hamilə qadın mərkəzə daxil olarkən müayinə olunub və diaqnoz qoyulub. Qadın 15 dəqiqə ərzində çəkisi 1.8 kq, boyu 41 sm və vaxtından əvvəl olan oğlan uşağını dünyaya gətirib. Qadın doğduqdan sonra göbək ciyəsi həddindən artıq qısa olub, uşağın boynuna iki dəfə sıx dolanıb, dölyanı mayesi irinli, üfunətli olub. Uşaq doğularkən dərhal müayinə edilib. Belə yarımçıq və vaxtından əvvəl doğulan, dərin yetişməmiş uşaqların əsas problemi infeksiya və ağciyərlərin açılmaması ilə bağlı olur. Körpənin ağciyərlərini açmaq üçün iynə vurulub. Lakin uşaq infeksiyalaşmaqdan vəfat edib. Çünki körpənin qanının infeksiyalara müqaviməti çox zəif olub. Uşağın qanında həddindən artıq yüksək leykozların indeksi qeydə alınıb. Bu da uşağın ana bətnində infeksiyalaşmasının nəticəsidir. Körpə artıq ananın qarnında infeksiyalaşıb. Digər tərəfdən, uşağın qanında durulaşma gedib. Uşaq ana bətnində o qədər infeksiyaya məruz qalıb ki, ifraz etdiyi toksinlər qanı zəhərləyərək parçalayıb. Nəticədə körpənin qanında durulaşma kimi problemlər olub. Sutka ərzində körpə üzərində lazımi müayinə və müalicələr aparılsa da, tələf olub. Uşaq yalnız 13 saat yaşayıb”.
Baş həkim əlavə edib ki, araşdırma zamanı müəyyən olunub ki, ana ikinci hamiləlik dövründə yalnız 1 dəfə həkim qəbulunda olub. Həmin vaxt vəziyyəti kəskin ağır olduğundan ona müalicə, daimi müayinədən keçməsi məsləhət görülüb: “Lakin ana bu müddətdə həkimə getməyib, müayinə zamanı yazılan dərmanları da qəbul etməyib. Ana bu gün öz təkidi ilə doğum evində qalmaqdan imtina edib və evə buraxılıb. Yaxınları uşağın təşrih edilməsinə icazə verməyib, körpə də dəfn üçün ailəsinə təhvil verilib”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024