Cəmiyyət (11-06-2014, 19:20)
Sabirabaddakı uşaq ölümü ilə bağlı açıqlama
Gülbəniz Məhərəmovanın uşağının ölümünə səbəb kəskin ürək çatışmazlığı olub
Uşağın çəkisi 2 kilo 900 qram olub, dünyaya gələrkən də onun ürək döyüntüləri zəif olub.
Bu sözləri Publika.az-a açıqlamasında Sabirabad rayon Mərkəzi Xəstəxanasının həkimi Rəna Rəsulova deyib.
“Gülbəniz Məhərrəmova hamiləliyin 7 ayına qədər Bakıda müalicə edilib. Doğuşu planlaşdırmaq məqsədilə bizim xəstəxanaya müraciət edilib, qeydiyyata alınıb. Xəstənin sözlərinə görə, ötən gün USM-dən keçib və ona suyun çox az olduğunu deyiblər. Bakıdakı həkimləri ilə əlaqə saxlayıblar, həkim natrium xlorid köçürülməsini məsləhət görüb. Gecə saatlarında ağrılar başlayıb, bədənin mayesi axıb, tam açılışla xəstəxanaya gətiriblər. Növbətçi həkim Badam Fərzəliyeva xəstəni qəbul edib. Yarım saat ərzində uşaq doğulub".
Onun sözlərinə görə, uşaq doğularkən ürək döyüntülərinin sayı azalıb. Doğuş zamanı da uşağın ürək döyüntüləri az olub.
"Bizə suyun azalması ilə bağlı vaxtında müraciət edilsəydi, qeysəriyyə yolu ilə götürülərdi. Bu gün isə artıq gec olub”.