Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (7-02-2014, 12:16)
Daha bir ana ölümü

 

 

Azərbaycanda daha bir ana doğuşdan sonra dünyasını dəyişib


Ana ölümü Qazax rayonunda qeydə alınıb.
Belə ki, Qazax rayonu Bakı küçəsi 175 üvanında yaşayan 22 yaşlı Vüsalə Siyavuş qızı Məmmədova yanvarın 31-də vaxtından öncə təbii doğuş keçirib. Ana oğlan uşağı dünyaya gətirib. Uşağın çəkisi 3 kiloqram olub. Körpənin vəziyyəti normal olsa da, ananın halı evə buraxılandan sonra yenidən pisləşib.

Onu yenidən rayon xəstəxanasına aparıblar. Lakin orada Vüsalə Məmmədovanın vəziyyətində irəliləyiş olmadığı üçün qadın Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilib. Təssüf ki, burada da qadına heç bir yardım etmək mümkün olmayıb.

Ailə üzvlərinin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə, qadın doğuşdan sonra daxili qanaxma keçirib. Bakıda da qadına yardım edə bilmədikləri üçün, onu Gürcüstana aparıblar.

Vüsalə Məmmədovaya Gürcüstanda tibbi yardım göstərilsə də, qadının səhhətində heç bir irəliləyiş olmayıb. Gürcüstan həkimləri Vüsalənin ailə üzvlərini bildiriblər ki, qadın həkim səhlənkarlığı üzündən bu hala düşüb. Deyilənlərə görə, qadın vaxtından əvvəl təbii doğuş keçirib. Bu səbəbdən də, Vüsalənin daxili orqanları zədələnib. Həkimlər bundan gec xəbər tutublar. Gürcüstanlı həkimlərin sözlərinə görə, vaxtında müdaxilə olsaydı, bəlkə də, vəziyyət bu qədər pisləşməzdi.

Gürcüstan həkimlərinn səylərinə baxmayaraq, Vüsalə Məmmədova bu gecə dünyasını dəyişib. Hazırda meyidi Qazaxa, doğulduğu kəndə gətirilir. Gənc ananın bu gün və ya sabah dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, ANS PRESS-in bölgə müxbiri, Vüsalə Məmmədovanın doğuşunu həyata keçirən həkimlə əlaqə yaratmağa çalışır. Faktla bağlı əlavə məlumatlar veriləcək. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024