Hadisə / Karusel (31-03-2014, 15:51)
Bakıda sağlam doğulan körpə 2 gündən sonra öldü
Ananın qeydiyyatda olduğu poliklinikanın sahə həkimindən tutmuş doğuş qeysəriyyə əməliyyatı zamanı xəstəxənin yanında olmuş həkim və tibb bacıları dindiriləcək
Respublika Perinetal Mərkəzdə doğulan körpə dünyasını dəyişib. Onun ölümünün səbəbləri isə hələlik məlum deyil. Valideynləri isə onlara doğuşdan sonra körpənin sağlam olması barədə məlumat verildiyini deyirlər. İndi bir məsələ qaranlıq qalır ki, sağlam olduğu bildirilən körpə 2 gündən sonra necə olur ki, dünyasını dəyişir?
Əməliyyatdan iki gün keçəndən sonra Seyidovlar yenicə dünyaya gələn nəvələrini itriblər. Əməliyyat isə martın 27 də olub. Hələ hamilələyinin 7-ci ayında olanda uşağını itirən ana Təhminə Səmədəovanı martın 21-də Respublika Perinetal Mərkəzinə gətiriblər. Valideyindər deyir ki, hələ uşağın olmasına 2 ay var idi. Amma həkimlər bildirdilər ki, artıq ananı əmliyyata götürmək olar. Elə dedikləri kimi ediblər də.
Əməliyyat olunan Təhminə Səmədovanın körpəsi sağ salamat dünyaya gəlib. Amma nə olubsa, 2 gündən sonra olub. Körpənin vəziyyəti anidən pisləşib və düynasını dəyişib.
İndi şikayətçilçəri bir şey maraqlandırır, doğuşdan sonra vəziyyəti normal olduğu bildirilən körpə anidən dünyasını niyə dəyişib? Elə bu sualla xəstəxananın həkimlərinə müraciət edəndə bildiriblər ki, heç demə uşağın beyindaxili qanaxması olub və ölümünə də səbəb odur. Bu qanaxma necə olub, normal vəziyyətdə olduğu yerdə, durduğu yerdə qanaxma necə ola bilər? Özü də birbaşa beynində . Bu suala cavab verən tapılmayıb.
Amma artıq Səhiyyət Nazirliyi bu məsələ ilə məşğul olmağa başlayıb. Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün əlaqə saxladığımız nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səmayə Quliyeva bildirdi ki, bu məsələ ilə bağlı hələlik dəqiq rəy deyə bilmərik. Çünkü məsələni Tibbi Komissiya araşdırır, araşdırandan sonra da Doğuşa Yardım Komissiyasına verəcək və ekspertiza olunacaq.
Araşdırma zamanı ananın qeydiyyatda olduğu poliklinikanın sahə həkimindən tutmuş doğuş qeysəriyyə əməliyyatı zamanı xəstəxənin yanında olmuş həkim və tibb bacıları dindiriləcək. Və yalnız verilən cavablardan və ekspertizanın rəyindən sonra hər hansı yekun qərar qəbul ediləcək. Odur ki, bu məsələ ilə bağlı indi Səhiyyə Nazirliyi heç bir şey deyə bilməz. Bunu da Səmayə Quliyeva dedi. Daha burada əlavə söz deməyə ehtiyac qalmır. Tək çarə araşdırmaların nəticəsini gözləməkdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024