Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Region (29-11-2018, 12:43)
Daha bir canavar hücumu: Bu dəfə Astarada

 Noyabrın 29-da səhər saat 08:00 radələrində Astara rayonunun Şüvi kəndində canavar məktəbə gedən şagirdlərə və kənd sakinlərinə hücum edib.
Mediatv.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə zamanı üçü məktəbli olmaqla, beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Şüvi kənd sakini 25 yaşlı Jalə Firudinzadə birinci sinifdə oxuyan oğlu Rəvan Abdullayevi səhər saatlarında məktəbə apararkən yolda canavarın hücumuna məruz qalıb. Ana oğlunu qoruya bilsə də, əlindən və sifət nahiyəsindən yaralanıb.
Kənd sakinləri, doqquzuncu sinif şagirdi Rafiq Baxşıyev və beşinci sinif şagirdi Lalə Əşrəfova da məktəbə getdiyi zaman canavar onlara hücum edib.
Şüvi kənd sakini, 43 yaşlı Malik Ağayev isə səhər saatlarında tövləyə girmiş canavarın hücumunu məruz qalıb.
Canavar Şüvi kənd ərazi icra nümayəndəliyində yerləşən Sekəşan kəndində də 1993-cü il təvəllüdlü Günəş Şahmuradovaya müxtəlif bədən xəsarətləri yetirib.
Şüvi kənd bələdiyyəsinin sədri Mail Muradovun verdiyi məlumata görə, canavar qonşu kəndlərdə də sakinlərə ziyan vurub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024