Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (10-03-2018, 23:53)
Azərbaycanda xanım məmurun polis oğlu iş yoldaşının qanını axıtdı

Azərbaycanda xanım məmurun polis oğlu iş yoldaşının qanını axıtdı

Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.
Criminal.az-a daxil olan məlumata görə, Beyləqan rayon yol polis şöbəsinin əməkdaşları bıçaq davasına çıxıblar. Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev öz iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.
Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov Criminal.az-a bildirdi ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil. Həkimlər tərəfindən ona ilkin yardım göstərilib, vəziyyəti normaldı. Hadisəni Criminal.az-a təsdiq edən Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirdi ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib.
Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə bu hadisədən məlumatsız olduğunu və məzuniyyətdə olduğunu bildirdi.
Məlumat üçün bildirək ki, öz polis yoldaşını bıçaqlandırmaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur. Tural Əliyevin qardaşı Yasin Əliyev Beyləqan rayon məhkəməsində hakimin köməkçisi, digər qardaşı Elgün Əliyev isə DTX-nin əməkdaşıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024