Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Kriminal (29-05-2017, 16:45)
“Vurdum ki, birdəfəlik səsini kəssin”- Coratda dəhşətli qətl törədənin cəzası azaldıldı

Borca verdiyi 2 min manatını ala bilmədiyi üçün tanışını qətlə yetirən şəxsin cəzası 1 il azaldılıb. Qətlə yetirilən şəxsin ailəsi şikayətçi deyil.

Mediatv.az Musavat.com istinaden xəbər verir ki, qətl törətməkdə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmü 18 il müddətinə azadlıqdan məhrum edilən Ramin Cəbrayılov apellyasiya şikayəti verib.

Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən R.Cəbrayılov cəzasının cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb.

İttihama görə, 1978-ci il təvəllüdlü R.Cəbrayılov Sumqayıt şəhərində anadan olub və əvvəllər məhkumluq həyatı yaşamayıb. O, “Narın Qala” ailəvi-istirahət mərkəzində yeməkxanada işləyirmiş.

R.Cəbraylov 2016-cı ilin yanvar və mart ayları ərzində tanışı Asif Xəlilova müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 2000 manat borc verib. A.Xəlilov borcu qaytarmaqdan imtina etdiyi üçün ondan qisas almağı planlaşdıran R.Cəbrayılov tanışını öldürmək qərarına gəlib.

İttiham aktında yazılır ki, R.Cəbraylov bu məqsədlə evdən mətbəx bıçağı götürərək Asif Xəlilovun yaşadığı Corat qəsəbəsinə gedərək, növbəti dəfə ondan borc verdiyi pulu tələb etdikdə Asif Xəlilov borcunu qaytarmaqdan imtina edib. Cəbraylov pulunu ala bilmədiyi Asifə 19 bıçaq zərbəsi endirib.

Apellyasiya məhkəməsində tədqiq edilmiş sübutlarla muəyyən edilib ki, məhkum R.Cəbrayılov cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədib və sonra könüllü olaraq polisə təslim olub. Apellyasiya Məhkəməsi belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi R.Cəbrayılovun əməlinə qiymət verərkən xüsusi
amansızlığı yalnız yetirilmiş bıçaq zərbələrinin çoxsaylı olması ilə əlaqələndirib.

Dövlət ittihamçısı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini istəyib.

Məhkəmədə ifadə verən R.Cəbrayılov özünü təqsirli bilərək deyib ki, tanışı Asif Xəlilov Rusiyaya gedərkən ondan 700 manat borc istəyib. Bir müddət sonra Moskvaya tanışı üçün 600, 400 və 300 manat pul göndərib. Asifə hər dəfə pul göndərəndə anasına və ya qardaşı Rasimə bu barədə xəbər verib.

R.Cəbraylov bildirib ki, Rusiyadan gələndən sonra onların evinə gedərək pulunu istəyəndə Asif pulların bankda kartda olduğunu və verəcəyini deyib.

“Martın 29-da zəng edib məni çağırdı. Pulu qaytaracağını güman edib evlərinə getdim. Asif məhkəmədən yayınmaq üçün ölkədən çıxıb getmək istədiyini dedi və məndən min manat pul istədi. Dedim, pulum yoxdur. Çıxıb getdim. Ertəsi gün Asif qardaşı Rasimin telefonu ilə zəng etmişdi. Onlara getdim. Asif yenə də pulumu vermək əvəzinə məndən min manat istədi.

Asif sərxoş idi. Onun həm də narkotikin təsiri altına düşdüyünü düşündüm. Ona hələ borclarını qaytarmadığını xatırlatdım. Amma məni təhqir etdi. O, yenə də məndən pul istəyərək, məni qıcıqlandırırdı. Asifin təkidindən bezdiyim üçün bıçağı çıxararaq onu vurdum ki, birdəfəlik səsini kəssin”- deyə R.Cəbraylov ifadəsində qeyd edib.

R.Cəbrayılov ifadəsində söyləyib ki, hadisədən sonra əvvəlcə öz evinə gedərək qana bulaşan paltarını dəyişib, uşaqları ilə görüşüb və polis bölməsinə gedərək təslim olub.

Mərhumun böyük qardaşı Rasim Xəlilov da məhkəmədə ifadə verib. O, qardaşı ilə R.Cəbraylov arasında borc məsələsinə görə mübahisə olduğunu təsdiqləyib.

Məhkəmədə mərhumun yaxınları R.Cəbrayılovdan şikayətçi olmadıqlarını deyiblər.

Sumqayıt Apelyasiya Məhkəməsində işə baxan kollegiyanın qərarına görə, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verərək R. Cəbrayılovun əməlini məhz xüsusi amansızlıqla qəsdən adam
oldürmə kimi tovsif edib. Apellyasiya şikayətinin dəlillərə görə təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarına görə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs R.Cəbrayılova cəza təyin edərkən onun himayəsində 4 azyaşlı uşağının olmasını, könüllü olaraq təqsirini boynuna almasını, zərərcəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini və sonuncunun ona qarşı şikayəti olmamasını cəzanın yüngülləşdirən hallar kimi nəzərə alıb.

Məhkəmənin hökmünə görə, yuxarıda qeyd edilənlər R.Cəbrayılovun əməlini yüngülləşdirən hallar kimi nəzərə alınsa da, onun barəsində sərt cəza təyin edilib. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən
şəxs R. Cəbrayılova cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1 və 58.3-cü maddəsinin tələblərinə formal yanaşaraq qanunun bu tələblərinə əməl etməyib.

Məhkəmə kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsi tərəfindən R.Cəbrayılova təyin edilmiş 18 illik cəza 17 ilə endirilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024