Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (7-01-2016, 23:10)
Zabratda yol üstündə adam öldürən şəxsə rəhm olunmadı

Zabratda yol üstündə adam öldürən şəxsə rəhm olunmadı

 

Qarşılıqlı təhqirlərdən sonra sürücülər əlbəyaxa olublar.

Bakı Apellyasiya Məhkəməsində Kürdəmir rayon sakini Orxan Mehdiyevin (1992-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Oxu.Az xəbər verir ki, ötən il iyulun 7-də Sabunçu rayonunun Zabrat qəsəbəsində aralarında yaranmış mübahisə zamanı Orxan Mehdiyev Andrey Sibizovu (1984-cü il təv.) qətlə yetirib, həmin gecə şübhəli şəxs Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, tərəflər arasında mübahisə bir-birinə yol vermədiklərinə görə yaranıb, qarşılıqlı təhqirlərdən sonra sürücülər əlbəyaxa olublar. Orxanı yerə yıxan Andrey ona yumruqla xəsarətlər yetirən zaman, təqsirləndirilən şəxs avtomobildən götürdüyü vintaçanla ona zərbələr vurub.

Döş qəfəsindən bıçaq yarası alan Andrey öz avtomobilinə əyləşərək hadisə yerindən bir az aralıda, Nizami küçəsində yerləşən evinə getməyə cəhd edib, amma kəskin qanitirmədən yolda dünyasını dəyişib. 

Qeyd edək ki, Bakı ş. Baş polis idarəsinin yaydığı məlumata görə təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçısı, şəhər sakini Pərvin Qocayev (1983-cü il təv.) də saxlanılıb, lakin istintaqın gedişatında o iş üzrə şahid kimi tanınıb. 

Dindirilmə zamanı Orxan Mehdiyev ifadəsində əməlini etiraf edib və bildirib ki, mərhumu əvvəllər tanımayıb, onu bıçaqla vurmaqda məqsədi özünü müdafiə etmək olub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Mehdiyev 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024