Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (11-04-2017, 12:28)
Şəki rayonunun Qoxmuq kəndində aşkarlanan yararsız heyvan cəmdəyi zərərsizləşdirilmişdir

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkəərazisində epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, məəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.

 

Aprelin 6-da məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Şəki Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Şəki Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, məəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Şəki rayonu, Qoxmuq kənd sakini Cabbarov Nyuvər Cəlal oğluna  məxsus həyətə baxış keçirmişlər. Baxış zamanı həyətdə məəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən keçməyən, antisanitar şəraitdə kəsilərək soyulmuş 1 baş iribuynuzlu heyvan cəmdəyi və daxili orqanlar aşkar edilmişdir.

 

Aşkar edilmiş cəmdəkdən və daxili orqanlardan nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

 

Həyətdə aşkar edilən ümumi çəkisi 46 kq olan heyvan cəmdəyi isə müayinələr başa çatana kimi saxlama kamerasına yerləşdirilmişdir. Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilmişdir.

 

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş iribuynuzlu heyvan əti olması müəyyən edilmişdir.

 

Laboratoriyanın müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq Şəki rayonu, Qoxmuq kənd sakini Cabbarov Nyuvər Cəlal oğluna məxsus həyətdə aşkarlanan və müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş heyvan cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilmişdir.

 

Qərara uyğun olaraq aprelin 10-da aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Şəki rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilərək basdırılmışdır.

 

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

 

Şəki rayonunun Qoxmuq kəndində aşkarlanan yararsız heyvan cəmdəyi zərərsizləşdirilmişdir
Şəki rayonunun Qoxmuq kəndində aşkarlanan yararsız heyvan cəmdəyi zərərsizləşdirilmişdir
Şəki rayonunun Qoxmuq kəndində aşkarlanan yararsız heyvan cəmdəyi zərərsizləşdirilmişdir

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024