Hadisə (8-04-2017, 14:29)
Bakının bu rayonu qazsız qalacaq
Bakı şəhəri, Nəsimi rayonunun bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Mediatv.az SOCAR-a istinadən xəbər verir ki, Nəsimi rayonu, A.Qurbanov küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində diametri 325 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunub.
Qeyd olunan ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğu nəzərə alınaraq, sızmanın aradan qaldırılması üçün təmir işlərinin axşam saatlarında görülməsi qərara alınıb.
Bu səbəbdən bu gün saat 21:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun, Ağadadaş Qurbanov, Bakıxanov, Nəcəfbəy Vəzirov, Hüseynqulu Sarabski və Cəlil Məmmədquluzadə küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Abonentlərin nəzərinə çatdırılır ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi tədqirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.
Azəriqaz İB-yi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.