Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (26-01-2017, 17:12)
“Binəqədidə yanan bina”: Sabah hökm oxunacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Azadlıq prospektindəki 16 mərtəbəli binada baş verən yanğına görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mediatv.az:  Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə "Clobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov sön sözlə çıxış edib. Çıxışında öncə yanan binada həyatını itirənlərin yaxınlarına başsağlığı verən U.Bəşirov ittihamın ona aydın olmadığını, özünü təqsirli bilmədiyini məhkəmənin diqqətinə çatdırıb: “İstintaq söz yığınından ibarət ittiham irəli sürüb. Qanuna görə, ittiham tərəfi təqsirləndirilən şəxsin günahkar olmasını sübut etməlidir. Bir dənə də olsun sənəd, sübut görmədim. Mən vəzifəyə gələndə o binada işlər tamamilə başa çatmışdı. İşlər mart ayında yekunlaşmışdı, mənsə vəzifəyə iyunda gəlmişdim. Niyə məni cavabdeh kimi tutub istintaqa cəlb ediblər? O dövrdə işləməmişən axı mən. Günahkar olduğumu sübut edəcək bir dənə real, dəqiq sübut yoxdur. Mənim o binaya hec bir aidiyyatım ola bilməzdi". U.Bəşirov mıhkəmənin barəsində bəraət hökmü çıxaracağına əmin olduğunu deyib.

Bundan sonra məhkəmə heyəti müşavirəyə yollanıb. Məhkəmə prosesi sabah davam edəcək. Sabah təqsirləndirilən şəxslərə hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçilərindən biri Miryuqsif Mahmudov, “Qlobal Stone” MMC-in keçmiş sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının əməkdaşı Ağacavad Məmmədov Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024