Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (7-12-2016, 17:08)
“Rabitə işi”: Təqsirləndirilən 1 milyon manat almadığını bildirdi

Mediatv.az:   Fasilədən sonra davam edən prosesdə təqsirləndirilən Emin Məmmədov ifadəsini davam etdirib: "Bu, bizim üçün sonun başlanğıcıdır, yaşımız 50-ni ötüb. Bəlkə də, 30 illik fəaliyyətimizin imtahanıdır. Ona görə, heç olmasa, imkan yaradın, dərdimizi deyə bilək. Ömrümdə ilk dəfədir ki, müttəhimlər kürsüsündə əyləşmişəm. Bəzi şeyləri sizin kimi hüquqi müstəvidə danışa bilmirəm. Ümumiyyətlə, istintaq hesablamalarda qiymətləri şişirdib. Kabelin qiyməti 2015-ci ildə daha aşağı düşməli idi. Çünki hər şeyi neft həll edir. Devalvasiya zamanı isə qiymətlər qalxdı. Mis özü də neftdən asılıdır".

Daha sonra Emin Məmmədov dövlət ittihamçısının və tərəflərin suallarını cavablandırıb.

İttihama görə, E.Məmmədov B.Hüseynovla birgə 2 milyon 300 min manat pulu mənimsəyiblər. Həmin məbləğin 1 milyonu E.Məmmədova çatıb.

E.Məmmədov qeyd edib ki, Beytulla Hüseynov ona hər ay 2 min manat paket verib: "Bizim də səhvimiz olub. Pul almışam, danmıram, amma işləmişəm də. Vergiləri ödəmişəm. Rəqəmləri 80 faiz şişirdiblər. Ödədiyim məbləğləri nəzərə almayıblar. Mən paketə işləmişəm. Düzünü deyim ki, "paket" sözünü də burada eşitmişəm. Beytulla Hüseynovun mənə 1 milyon pul verməsi doğru deyil".

Məhkəmə prosesi dekabrın 9-da davam edəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024