Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-12-2016, 14:13)
“Rabitə işi”: təqsirləndirilən “Aztelekom”un ona borclu olduğunu dedi

Mediatv.az:  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin sabiq durektoru Namazali Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Virtualaz.org saytı xəbər verir ki, məhkəmə prosesində "Optik Rabitə və Tikinti Quraşdırma" MMC-nin sabiq direktoru Namazəli Məmmədov ifadə verib. O, ifadəsində 1984-cü ildən rabitə sahəsində müxtəlif vaxtlarda mühəndis, rəis müavini və rəis vəzifələrində çalışdığını, 1997-ci ildən sahibkarlıqla məşğul olduğunu deyib: "Hər zaman qayda-qanunla işləmişəm. Vergi orqanları da hər il yoxlayırdı, ciddi nöqsanlarımız oımayıb. İstintaq bizə ittiham irəli sürüb ki, rəqəmləri şişirtmişik. Mənə ittiham verilib ki, 4 milyon mənimsəmişəm. Halbuki, mənim "Aztelekom"dan 16 milyon alacağım var. Vergini, digər işləri çıxanda 6 milyon yarım qalır. Yenə də mənə 2 milyon yarım borcları qalır".

N.Məmmədov ifadəsinin davamında bu günə qədər niyə həbs olunduğunu bilmədiyini deyib: "Maliyyə nazirliyinin əməkdaşlarının məhkəməyə dəvət olunmasını istəyirəm".

Hakim N.Məmmədova bildirib ki, ona 12 milyon manat mınimsəmə ilə bağlı ittiham irəli sürülüb, 4 milyon yox.

Daha sonra N.Məmmədov dövlət ittihamçısının və tərəflərin suallarını cavablandırıb.

Dövlət ittihamçısının "burada əyləşən təqsirləndirilən şəxlərlə kiminlə münasibətiniz olub?" sualına N.Məmmədov müttəhimlər kürsüsündə əyləşən şəxslərin rabitə sahəsində çalışdıqlarını və onların hər biri ilə normal münasibəti olduğunu, Aparat rəhbəri Vidadi Zeynalovla 2004-cü ildən Şamaxıda bağ qonşusu olduqlarını bildirib.

Bundan sonra təqsirləndirilən "Azintelekom"un baş direktoru, "Rabitə Voleybol Klubu"nun prezidenti Cəlil Cəfərov ifadə verib. O, elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini, heç bir cinayət törətmədiyini bildirib: "Heç bir mütəşəkkil dəstəyə qoşulmamışam, qanuna uyğun işləmişəm. Məqsəd keyfiyyətli danışıqlar aparmaq, kibercinayətkarlıqla mübarizə aparmaq olub".

C.Cəfərov ifadəsində Rabitə Nazirliyi rəhbərliyi tərəfindən "paket" almasını etiraf edib: "Mənə əvvəldən nə pul verilibsə, onu da almışam. Bu pullar voleybol klubu üçün yaranan zəruri xərclərə görə verilib. Nazir deyəndə ki, get pulu Aparat rəhbərindən al, onda gedib Vidadi müəllimdən alırdım. Nazirliyin işçiləri, müavinləri də paket alırdı. Mənim heç bağ evim də yoxdur. Obyekt sahibi deyiləm. Kağız yeyilmir ki, belə şeylərə xərclənir".

C.Cəfərov barəsində bəraət verilməsini istəyib.

Məhkəmə prosesi günün ikinci yarısı davam edəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024