Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (24-02-2016, 11:32)
Bakıda avtobus qəzası - Keçmiş polis öldü

Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi açıqlanıb.

 

Mediatv.az xəbər verir ki, 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusunun “Nissan” markalı minik avtomobili ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir. 

Hadisə şahidlərinin dediyinə görə, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

**

Bakıda sərnişin avtobusu qəzaya düşüb. 

Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024