Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (12-01-2016, 15:51)
“20 Yanvar – Şanlı tariximiz!” - FOTOLAR

                 “20 Yanvar – Şanlı tariximiz!” - FOTOLAR

Gənclərin  hərbi -vətənpərvərlik tərbiyəsi, 20 Yanvar---Şanlı tariximiz

 Mediatv.az xəbər verir ki, gənclərimizdə, şagirdlərimizdə vətənpərvərlik ruhunun aşılanması, onlara 20 Yanvar həqiqətlərinin daha dərindən çatdırılması məqsədi ilə Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyi “20 Yanvar – Şanlı tariximiz!” adlı foto-sərgi hazırlayıb. Tədbir 12 yanvar 2016-cı il tarixdən başlayır.İlk foto- sərgimizi Beyləqan rayon Mərkəzi Xəstəxananın həyətində qurmuşuq. Məqsədimiz insanlara, uşaqlara,gənclərə bu tarix haqqında məlumat verib,milli azadlıgımız ugrunda canından keçən həmvətənlərimizin tarixə yazdıqları bu fədakarlıq və şücaəti bir daha insanların tarixi yaddaşına həkk etməkdir.

  1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə azğınlaşmış sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu tarix Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar və  Azərbaycanı  müstəqilliyə qovuşdurdu.

   Vətən öz şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatından geçmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.

“20 Yanvar – Şanlı tariximiz!” - FOTOLAR
“20 Yanvar – Şanlı tariximiz!” - FOTOLAR
 

Mehriban İsgəndərova,

 

Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru

шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024