Karusel (21-01-2015, 13:24)
20 Yanvar qurbanları Komidə anıldı
Yanvarın 20-i Rusiya Federasiyası Komi Respublikasının Uxta şəhərində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Komi Respublikası üzrə Azərbaycan cəmiyyətinin Mətbuat xidmətindən Mediatv.AZ-a verilən məlumata görə, tədbirdə Komi respublikası üzrə Azərbaycan cəmiyyətinin sədri Həsən Qasımov, cəmiyyətin fəalları, Moskva Şiələri Cəmiyyətinin sədri Famil Cəfərov və respublikada yaşayan azərbaycanlılar iştirak edib.
Həsən Qasımov qonaqları salamlayaraq 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışıb:
"Əziz həmvətənlər, düz 25 il əvvəl Azərbaycanın həm qanlı, həm şanlı hadisəsi baş verib. Qanlı-qadalı 20-ci əsrin sonlarında, 1990-cı ilin 20 yanvar tarixi azərbaycan xalqının yaddaşında Qara Yanvar kimi yadda qaldı. Bəli, ötən əsrdə xalqımız xeyli bəlalar görüb və Qanlı 20 Yanvar faciəsi də həmin qara günlərdən biridi. Ancaq bu gün nə qədər hüzn və kədərlə dolu olsa da, həm də bizim üçün şərəfli və şanlı tarixi hadisədir. Əliyalın şəkildə hərbi texnikanın qarşısına çıxan azərbaycanlılar bugünkü müstəqilliyimizin qazanılmasında həlledici rol oynadılar. Biz Vətəndən nə qədər uzaq olsaq da, hər zaman müstəqillik və dövlətçiliyimiz qorunması və onun uğrunda canını qurban verən insanların yad edilməsini mənəvi borc sayırıq. Biz şadıq ki, bizim də güclü dövlətimiz və arxalana biləcəyimiz Vətənimiz vardır. Allah bütün şəhidlərimizi rəhmət eləsin!", - deyə cəmiyyətin sədri bildirib.
Daha sonra Azərbaycan cəmiyyətinin Din və tərbiyə işləri üzrə müavini Adışirin Məmmədov çıxış edərək şəhidlik zirvəsinin Allah yanında da əziz olduğunu vurğulayıb:
"Xalqımızın başına gətirilən bu bəlanı şanlı tarix kimi yad etməliyik. Şəhidlər hər zaman qəlbimizdədir və onlar Allah yanında da əziz tutulur. Arzu edirəm ki, tezliklə düşmən tapdağı altında olan torpaqlarımız azad olunsun".
Moskva Şiələri Cəmiyyətinin sədri Famil Cəfərovun başçılığı ilə Komi azərbaycanlıları 20 Yanvar şəhidlərinin ruhuna dualar oxuyublar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024