Mediatv.az-ın məlumatına görə, Malik Hüseynovun köməyinə yığışan insanlar onu xilas etmıyəı çalışıb. Sonra o, Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım avtomobili ilə Respublika Yanıq Mərkəzinə çatdırlıb.
Respublika Yanıq Mərkəzindən "Ameirkanın səsi"nə bildiriblər ki, Malik Hüseynovun vəziyyəti ağırdır.
“O, tənəffüs yollarının və bədənin yuxarı ətrafının 3-cü, 4-cü dərəcəli yanığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirlib” - qəbul şöbəsindən deyiblər.
Malik Hüseynovun hansı səbəbdən intihar edərək özünü yandırması hələ bəlli deyil.
Xatırladaq ki, son zamanlar yerli media banklara kredit borcunu ödəyə bilməyən bir neçə insanın intihar etməsi ilə bağlı məlumatlar yayıb. Ancaq bu məlumatların doğruluğu hələ məhkəmələr tərəfindən təsdiq olunmayıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Malik Hüseynovun "Muğanbank"da avtokrediti olub. Krediti ödəyə bilmədiyi üçün maşını əlindən alınıb. O isə filialın qarşısıdna özünü yandırıb. Xatırladaq ki, sözügedən bank keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur.
Publika.az-ın əməkdaşı Malik Hüseynovun müalicə olunduğu xəstəxananda olub. Malik Hüseynovun həyat yoldaşı Aytəkin Hüseynova bildirib ki, şənbə günü onun həyat yoldaşı yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən cərimə olunub və avtomobili cərimə meydançasına aparılıb. Məlum olub ki, o, artıq 2 aydır “Bank of Baku”ya olan borcunu ödəyə bilmirmiş və bu səbəbdən maşını müsadirə olunub.
A.Hüseynova deyib ki, M.Hüseynov çıxış yolunu özünü yandırmaqda görüb: “Şıxı adlı bank əməkdaşı bizə vəd verib ki, birinci gün gəlsə, avtomobili sənədlərlə birlikdə Malik Hüseynova təhvil verəcək. O, bu gün banka getsə də avtomobilin sənədlərini və etibarnaməni ona verməkdən imtina ediblər. O, banka olan kreditini ödəyə bilmədiyi üçün bank işçisi ilə aralarında mübahisə yaranıb. Bundan sonra üzərinə benzin tökərək yandırıb. Həmin vaxt bank işçilərindən heç kim həyat yoldaşıma kömək etməyib. Yalnız küçədən keçən insanların köməyi sayəsində yanğını söndürmək mümkün olub”.
M.Hüseynovun qardaşı Rəhim Hüseynov isə bildirib ki, qardaşı bankdan 12 min 800 manat kredit götürərək dəfn mərasimi üçün istifadə olunan avtomobil alıb. Lakin kreditin 8 min manatını ödəyib, qalan hissəsini ödəyə bilməyib. Buna səbəb avtomobilin mühərrikində yaranan problem olub. Həmin problemi həll etmək üçün xərcə düşüb və banka borcu yaranıb.
* * *12:51
Bu gün Bakı metrosunun "Azadlıq" stansiyasının yaxınlığında intihara cəhd olub.
Lent.az-ın məlumatına görə, bank filiallarından birinin qarşısında 30-35 yaşlı şəxs üstünə benzin tökərək özünü yandırıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.