Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-01-2015, 20:43)
Nazirlikdən özünü yandıran sürücü barədə- Açıqlama

“Bakının "20 Yanvar" metro stansiyasının yaxınlığında özünü yandıran şəxs taksi sürücüsü deyil, qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür”. 

 

“Qafqazinfo” xəbər verir ki, bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov deyib.

"Özünü yandıran şəxs taksi sürücüsü deyil, Bakı-Sumqayıt istiqamətində qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan "Ford" markalı avtobusun sürücüsüdür. İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib. Həmin sürücüyə qanunsuz fəaliyyətlə məşğul olduğu bildirilib. Lakin təəssüflər olsun ki, belə bir insident baş verib. Bizdə olan məlumata görə, sözügedən sürücü hər zaman özü ilə benzin gəzdirir, səbirsiz insandır... Hazırda polis məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılır", - deyə nazirliyin  rəsmisi bildirib.

N. Həsənov əlavə edib ki, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti normaldır.

Xatırladaq ki, bu gün Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətov metronun "20 Yanvar" stansiyasının yaxınlığında üzərinə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Yanıq Mərkəzindən verilən məlumata görə, A. Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda vəziyyəti ağırdır.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025