Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (21-11-2015, 21:14)
Jurnalistləri niyə prokurorluğa çağırırlar? – Rüstəm Usubovdan xəbərdarlıq

rustem-1

 

“MTN işi” ilə bağlı məlumat yayan sayt, agentlik və qəzet rəhbərlərini Respublika Prokurorluğuna çağırmağa və onlara rəsmi şəkildə xəbərdarlıq etməyə başlayıblar.

Mediatv.az-ın məlumatına görə, E.Şükürlü bildirib ki, bu gün saat 16.00-da Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun dəvəti ilə o, Respublika Prokurorluğunda olub. Baş redaktoru “MTN işi”ylə bağlı yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri Rüstəm Usubov qəbul edib.
elxan-shukurlu_kosheE.Şükürlünün dediyinə görə, söhbət əsnasında bildirilib ki, son günlər baş verən hadisələrlə bağlı media orqanlarında bəzi məmurlarla bağlı əsası olmayan məlumatlar yayılır və bu cür yazılar istintaqın işinə maneçilik törədir. Bu səbəbdən də Baş Prokurorun müavini, yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri Rüstəm Usubov gələcəkdə belə halların təkrarlanmaması üçün qeyd olunan media qurumlarının rəhbərlərinə rəsmi şəkildə xəbərdarlıq edib.
E.Şükürlü bildirib ki, 2010-cu ildə xəbərdarlıqla bağlı MTN-ə çağırılmasından fərqli olaraq, bu dəfə prokurorluq əməkdaşları münasibətlərdə yüksək nəzakət göstəriblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024