Mediatv.az-ın Virtualaz.org saytına istinadən əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edir.
Prosesdə Kütahi Rəsulova məhkəməyə müraciət edərək oğlu Mahmudun Suriyaya Mübariz Tahirov tərəfindən aparıldığını dedi:“Uşaqdan hələ də bir xəbər yoxdur. Onu Mübariz aparıb ora. Mənim oğlum xəstə, cılız bir uşaqdır, başını aldadıblar. İş yoldaşları da təsdiq ediblər ki, onu Suriyaya Mübariz aparıb”.
Təqsirləndirilən Mübariz Tahirov isə qadının dediklərini təkzib etdi:“Mahmud sərhədi keçib getdi, mən qayıdıb gəlmişəm, onu sonra görməmişəm”.
Sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi elan olundu. Çıxış üçün söz dövlət ittihamçısına verildi. Prokuror çıxışa hazır olmadığı üçün mıhkəmədən vaxt istədi. Məhkəmə oktyabrın 20-dək təxirə salındı.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.