Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (9-09-2015, 12:45)
Qadın borcunu istədi, ağacla döyüldü - Foto

Qadın borcunu istədi, ağacla döyüldü - Foto

İki qadının borc səbəbindən mübahisəsi tərəflərdən birini xəstəxanalıq edib. Başından ağac parçasıyla ağır zərbə alan gənc qadın reanimasiyaya yerləşdirilib

 

Mediatv.az-ın anspress-ə istinadən məlumatına görə, Bərdənin Cumalar kənd sakini Gülanə Muradova ilə həmkəndlisi Afət adlı qadın arasında mübahisə yaranıb. Gülanə Muradovanın bacısının sözlərinə görə, qoşusu Afət Orucəli qızının Gülanəyə 3000 manat borcu olub.
Mübahisə də Gülanənin həmin məbləği tələb etməsiylə başlayıb, daha sonra davaya çevrilib. Gülanənin bacısı Turanə Həsənova iddia edir ki, Afət Orucəli qızı dava zamanı ağac parçasıyla ona və bacısına xəsarət yetirib. Gülanə Muradova başından aldığı zərbə nəticəsində huşunu itirib.
"Bacım dedi ki, mənim qızım xəstədir, borcunu ver, onu aparım həkimə, dava bunun üstündə oldu. Bel sapı ilə döydü", - deyə zərəçəkənin bacısı Turanə Muradova bildirib.
Yaxınları yaralını Bərdə MRX-na çatdırıb. Gülanə Muradovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan əldə edilən məlumata görə, 23 yaşlı Gülanə Muradova qapalı beyin travması diaqnozu ilə daxil olub. Aldığı zərbədən iflic vəziyyətinə düşən zərəçəkənin həyatı təhlükəsi davam edir. Daha dəqiq məlumatı isə beyin tomoqrafiyası çəkildikdən sonra əldə etmək mümkün olacaq. Hazırda faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024