Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (11-08-2015, 21:47)
Zaqatalada ağır qəzada 7 yaşlı qız öldü

Hadisə Gözbarax kəndi ərazisində qeydə alınıb. Mamrıx kənd sakini Qəhrəman Canayev idarə etdiyi avtomobillə əvvəlcə qarşısına çıxan atı vurub, daha sonra idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. 
 
Mediatv.az-ın Region TV-yə istinadən verdiyi xəbərə görə, qəzada sürücünün 7 yaşlı qızı Dünya xəstəxanaya aparılarkən yolda ölüb. Müxtəlif bədən xəsarəti alan sürücü və onun yaxın qohumları Şərqiyə Balayeva, Nazxanım Aydəmirova MRX-a yerləşdiriliblər. 
 
Şərqiyə Balayeva aldığı  kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qəhrəman Canayevin və Nazxanım Aydəmirovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. 

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024