Hadisə (22-04-2015, 10:58)
Bakıda şagird sinif yoldaşını bıçaqladı
Paytaxtda iki məktəblinin mesajlaşma proqramında bir-birini təhqir etməsi faciə ilə nəticələnib
Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdi olan Rövşən Şahmarov sinif yoldaşı Elvin Muradova bıçaqla xəsarət yetirib.
Məktəb direktorunun köməkçisi Səadət Məmmədova şagirdlər arasında mübahisənin nədən qaynaqlandığını bilmədiyini deyib.
Xəsarət alan Elvin Muradov Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasina yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti ağır olan xəstəni reanimasiya şöbəsinə yerləşdiriblər.
Məlumata görə, Rövşən Elvinə 18 bıçaq zərbəsi endirib.
Hadisənin baş verməsinə gəlincə, telefonda yaranan mübahisəyə aydınlıq gətirmək istəyən Rövşən Şahmarov NZS qəsəbəsindən gecə saat 1 radələrində Elnurun yaşadığı Qara Qarayev küçəsi, 29 ünvanına gəlib. Elə qanlı hadisə də, Elnurun yaşadığı ünvanın yaxınlığında baş verib.
Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Rövşən Şahmarov saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.