Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Dünya (16-07-2015, 15:36)
Azərbaycanlıya "Lamborghini" ilə törətdiyi qəzaya görə cəza verildi

Azərbaycanlıya "Lamborghini" ilə törətdiyi qəzaya görə cəza verildi

Cenevrə məhkəməsi idman bolidlərində Cenevrə yollarında yarış düzəldən və 70 yaşlı alman təqüdçünü vuran 27 yaşlı Ziya Babayevə şərti olaraq 2 il həbs cəzası və 10 min İsveçrə frankı (9,6 avro) cərimə verib.
Oxu.Az xəbər verir ki, 2009-cu ilin noyabr ayında Babayev öz dostları ilə - onlardan ikisi Çərkəz bazarının sabiq sahibi Telman İsmayılovun oğlanlarıdır - Cenevrədə idman bolidlərində yarış düzəldiblər.
Babayev "Lamborghini", onun dostları isə "Mercedes McLaren", "Bugatti Veyron" və "Porsche Cayenne" avtomobillərinin sükanı arxasında olublar.
İçkili vəziyyətdə olan gənc adam 144-151 km/s sürətlə hərəkət edirmiş. Babayev qarşısındakı avtomobili ötərkən idarəetməni itirərək, 70 yaşlı təqaüdçünün idarə etdiyi "Volkswagen Golf" avtomobilinə çırpılıb. Zərbədən maşın bir neçə metr irəli atılıb, təqaüdçü isə ağır xəsarət alıb. Babayevin ailəsi təqaüdçünün ailəsinə dəyən maddi və mənəvi zərəri ödəyəcək, məbləğ isə açıqlanmır.
Hadisədən sonra İsmayılovun oğlanları İsveçrədən Türkiyəyə uçublar.
Məhkəmə araşdırması gedən müddət ərzində Babayev iki dəfə sərxoş halda "Bentley" avtomobili ilə saxlanılıb. Babayev məhkəməyə avtomobil ehtiyat hissələrinin satışı üzrə biznesi, eləcə də fastfud şəbəkəsinə sahib olduğunu, ayda 30 min dollar qazandığını və öz aktivlərini 5 milyon frank məbləğində (4,75 milyon avro) dəyərləndirdiyini deyib.
Məhkəmə Babayevə İsveçrə ərazisində işləməyi və daha öncə ödənmiş 100 min frank məbləğində (94,9 min avro) girovun bir hissəsini geri götürməyə icazə verib.

Mediatv.az  

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024