Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-03-2015, 22:18)
Milyon dollarlıq maşınlar (FOTO)

Bu il 85-ci dəfə təşkil edilən Cenevrə sərgisində dünyanın ən yaxşı avtomobilləri nümayiş etdirilib.


ANS PRESS-in məlumatına görə, sərgi 15 marta qədər avtomobilsevərlər tərəfindən ziyarət olunacaq. 130 yeni modelin ilk dəfə vitrinə çıxdığı Cenevrə sərgisini bu il 700 mindən çox otomobilsevər ziyarət edəcək. 

Sərgidə 900 nəqliyyat vasitəsi təqdim olunur və onlardan təxminən 100 ədədi Avropa Birliyinin emissiya qanunlarına uyğundur. Sərgidəki maşınların qiyməti milyonlarla dollara çatır. 

Bu il Cenevrə avtomobil sərgisində sərgilənən avtomobillər arasında ən çox diqqət çəkən və sərginin ən bəyənilən modeli Bentley "EXP 10 Speed ​​6" olub. Bu model ilə yeni bir seqmentə addım atan Bentley şirkəti bu modellə satışlarını da artırmağı planlaşdırır.



Sərginin ən sürətli modeli isə Veyronun 450-ci və son nümunəsi "Bugatti Veyron La Finale" olub. Bugatti 0-dan 100 km-ə 2,6 saniyəyə yığır və 400 km sürətə çata bilir. 1.200 at gücünə sahib avtomobil motor gücünə görə digərlərindən seçilir. 



Bursa da Tofaş tərəfindən istehsal edilən və bütün dünyaya ixrac edilən yeni nəsil Fiat Doblo isə "Trekking" versiyasıyla Cenevrə avtomobil sərgisində nümayiş olunub. Türkiyə bazarında "Rockstar" adıyla may ayı etibarilə satışa təqdim ediləcək yeni "Doblo Trekking" modeli böyük maraqla qarşılanıb.



Sərginin şübhəsiz ən uzun avtomobili isə Mercedes "Maybach S600 Pullman" olub. 6.5 metr uzunluğa sahib "Maybach" normal modeldən 1 metr daha uzundur. Avtomobilin qiyməti 600 min avro civarında olacaq. "Maybach S600 Pullman" 2016-cı ildən bazara çıxarılacaq. Avtomobilin zirehli versiyası da olacaq.



İsveçrənin "Rinspeed" şirkətinin Cenevrədə tanıtdığı "Budi" adlı avtomobil hər kəsin maraq dairəsində olub. Avtopilot xüsusiyyəti olan avtomobil texnologiyanın son yeniliklərindən bəhrələnib. Qapıları barmaq izi ilə açılan avtomobil mənasıyla gələcəyin maşını olaraq göstərilir. Sahib olduğunuz ağıllı telefon və digər avadanlıqlar ilə uyğunluq içərisində olan "Rinspeed Budi"nin sükanı istənilən vaxt digər tərəfə keçirilir. 



"Volkswagen"in Cenevrədə sərgilədiyi "Sport Coupe Concept GTE" adlı yeni modeli 100 kilometrəyə yalnız 2 litr yanacaq istehlak edir. "Ən xəsis avtomobil" ünvanını alan maşın qənaətçiliyi ilə diqqət çəkir. Avtomobildə həmçinin iki elektrikli mühərrik var və bu da nəqliyyat vasitəsinin gücünü artırıb. 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025