Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (25-08-2014, 14:50)
Konfetin içindən heroin çıxdı

3 saylı İT-yə qadağan olunmuş əşyalar keçirilməsi cəhdlərinin qarşısı alınıb

 

 Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Tərlan Asif oğlu Quliyevin qardaşı, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 ünvanında yaşayan vətəndaş Elxan Asif oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilən zaman “Karamel” konfetinin içərisində 2 ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0,341 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. 
ANS PRESS-in Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 177.2.4 maddələrinə əsasən həbs edilmiş şəxs Şamo Əlikram oğlu Qocayevin tanışı, İmişli rayonu, K.Qasımov küçəsi ev 14-də yaşayan vətəndaş İlqar Azər oğlu Rəfiyevin gətirdiyi sovqata baxış keçirilən zaman “Çistaya liniya” dezodorantının içərisində 2 ədəd sellofan paketə bükülərək gizlədilmiş, xalis çəkisi 1,5 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb. 
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir axtarış-baxış tədbiri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən həbs edilmiş şəxs İsa Rüstəm oğlu Hümbətovun anası, Bakı şəhəri, 7 mkr. F.Məlikov küçəsi, ev 53, mən. 2 ünvanında yaşayan vətəndaş Nərgiz Erkop qızı Məmmədovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əl çantasının gizli saxlanc yerindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb. 
Faktlar üzrə araşdırma aparılır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024