Hadisə (11-04-2015, 12:26)
Yanan binadan dəhşətli görüntülər
Xətai rayonu, Nobel prospekti, Məhəmməd Hadi küçəsində yaşayış binasında baş verən yanğında sakinlərə külli miqdarda ziyan dəyib
Mediatv.AZ xəbər verir ki, musavat.com-un əməkdaşı saat 00:00 radələrində hadisənin baş verdiyi ərazidə olub.
Gecə saatları olsa da sakinlər dağılışmayıb. Yanğın söndürüləndən sonra onlara binaya daxil olmağa icazə verilib. Binaya verilən qaz və elektrik enerjisi dayandırılıb. Yanğında zərər çəkmiş ailələr mənzillərindəki vəziyyəti görəndə göz yaşlarını saxlaya bilməyiblər.
Zərərçəkənlərin sözlərinə görə, binada 50-dən artıq mənzil qismən yanıb. Binanın ön hissəsində olan eyvan və mənzillər yararsız vəziyyətə düşüb.
Hadisənin baş verməsi haqqında danışan sakinlər deyir ki, əvvəlcə həyətdəki səs-küy diqqətlərini çəkib: "Bayıra baxanda binanın alışdığını gördük. Yanğın dəhşətli sürətlə, bir göz qırpımında yayıldı. O anda keçirdiyimiz hissləri təsəvvür etmək mümkün deyil. Evdəki balaca uşaqları güclə çıxartdıq. Tüstüdən zəhərlənənlər oldu. Hərə başını götürüb bir tərəfə qaçdı".
Zərərçəkən Fazil Əsgərov pul və qiymətli əşyalarının yandığını bildirdi: "3 min manat pulum, ailəmizin bütün sənədləri yanıb. Gəlinimin hələ istifadə etmədiyi cehizlər yararsız vəziyyətə düşüb. Bunun kompensasiyasını kim verəcək bilmirik? Yenicə təmirdən çıxmış ev indi görün nə vəziyyətdədir?!"
Qeyd edək ki, hadisə nəticəsində ölənlər olmasa da, qatı tüstüdən zəhərlənənlər olub. Onlar təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya çatdırılıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, təcili tibbi yardım əməkdaşları və polis işçiləri hazırda əraziyə nəzarət edir. Gecə saatları olmasına baxmayaraq sakinlərinin bir qismi hələ də küçədədir, bir qismi isə qohumlarının evinə yerləşib. Mənzillərinə daxil olanlar isə qiymətli əşyalarını çıxarmağa çalışırlar.
Xatırladaq ki, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov mətbuata açıqlamasında binada 107 mənzilin olduğunu və 408 nəfərin yaşadığını bildirib.
Mənzillərə dəyən ziyan sabah dəqiqləşdiriləcək və kompensasiya məsələsinə baxılacaq. Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024