Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (3-03-2015, 23:29)
Süni qiymət artımına qarşı tədbirlər razılıqla qarşılanır

 

Son vaxtlar müvafiq dövlət orqanları tərəfindən süni qiymət artımına qarşı aparılan nəzarət tədbirləri ölkə icimaiyyəti tərəfindən razılıqla qarşılanır. Bildirilir ki, manatın məzənnəsinin dəyişməsindən sonra ölkə rəhbərliyinin süni qiymət artımına yol verilməməsinə dair tapşırıqları xüsusilə aztəminatlı ailələrin sosial vəziyyətinin qorunması baxımından böyük əhəmiyyət daşıyır. 

Ağdam rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Rəfael İsmayılov “Həftə içi”nə bildirib ki, dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda bu çətinliklər Azərbaycan əhalisinin sosial rifahına o qədər də ciddi təsir göstərmir. Onun sözlərinə görə, ölkəmizdə manatın məzənnəsi ilə əlaqədar qiymətlər süni şəkildə artırılsa da, sonradan ölkə başçısının xüsusi tapşırığı ilə bu problem aradan qaldırıldı: “Manat dəyərdən düşən kimi bəzi mağazalar və iri şirkətlər məhsulların qiymətini süni surətdə qaldırdılar. Hətta bir neçə gün ərzində Bakıda və rayonlarda bəzi gündəlik tələbat mallarında süni qıtlıq yaradıldı. Bunu eşidən ölkə başçısı İlham Əliyev dərhal göstərişlər verdi və unun, eləcə də digər məhsulların qiymətinin süni şəkildə artımının qarşısı alındı. Ona görə də Xəzər rayonun Şüvələn qəsəbəsində məskunlaşmış bir qrup Ağdam məcburi köçkünləri adından ölkə başçısına və bu işlərdə yardımçı olan aidiyyəti qurumlara öz təşəkkürümüzü bildiririk”.

Ölkə rəhbərliyinin süni qiymət artımının qarşısının alınması istiqamətində atdığı addımların Xəzər rayonunda məskunlaşmış məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılandığını deyən Rəfael İsmayılov deyir ki, vətənini, millətini və dövlətini sevən hər bir kəs bu çətin məqamda ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrini xüsusilə diqqətdə saxlamalıdır: “Mən özüm də ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı kimi ölkə başçısının atdığı bu humanist addımları hər yerdə təbliğ edirəm. Çünki ölkə rəhbərliyinin atdığı bu addımların hamısı aztəminatlı ailələrin, məcburi köçkünlərin, əlillərin, müharibə veteranlarının problemlərinin həllinə xidmət edir”.

Xatırladaq ki, Rəfael İsmayılov Qarabağ müharibəsi iştirakçısı kimi 1988-1995-ci illərdə döyüş bölgələrində xidmət edib. O, Yeni Azərbaycan Partiyası yenicə yaranmağa başladığı günlərdə Ağdamda bu partiyanın ilk üzvlərindən olub. Hazırda məcburi köçkün həyatını yaşayan Rəfael İsmayılov məskunlaşdığı Xəzər və sakini olduğu Ağdam rayonlarının ictimai tədbirlərində fəal iştirak edir.

Qələndər Xaçınçaylı

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024