Gündəm (23-02-2015, 13:20)
Bazarlarda qiymətlər kəllə-çarxa qalxdı
Ans press-in məlumatına görə, fevralın 21-də manatın ABŞ dolları və Avroya nisbətən ucuzlaşması müəyyən çaşqınlığa səbəb olub.
Bəzi valyutadəyişmə məntəqələrində xarici valyuta müxtəlif qiymətlərə satılır və alınır. Banklardan fərqli olaraq burada həm dollar, həm də avro alınıb-satılırdı.
Dəyişikliyə əsasən indi kiçik məntəqələrdə ABŞ dollarının alışı 1.02, satışı 1,06, bəzi yerlərdə isə 1,07, avronun isə alışı 1,183, satışı isə 1,207 manat idi.
Bu dəqişiklik gözlənildiyi kimi daxili bazarda qiymətlərin kəllə-çarxa qalmasına səbəb oldu. Dükanlarda çörəkdən başqa, demək olar ki, bütün məhsullarda qiymət azı 35-40 faiz artıb.
Müqayisə üçün deyək ki, əgər toyuq ətinin qiyməti artımadək 2,70 qəpik idisə, dünəndən başlayaraq 3,90 manata qalxıb. Siqaretlərin qiymətlərində təxminən 30-40 qəpik artım olub. Bazarda yaranan gərginliklə əlaqədar topdansatış məntəqələri bağlanıb.
Bazarlarda da vəziyyət daha acınacaqlı idi. Ans press olaraq bir neçə bazarda olduq. “Yaşıl bazar”, 8-ci kilometr və Biləcəri bazarlarında qiymətlər kəllə-çarxa qalxıb. Bazarlarda 70 qəpiyə satılan kartof 1 manata, 40 qəpiyə satılan soğan isə 80-90 qəpiyə qalxmışdı. Alıcılar isə qiymətlərin qəfil qalxmasında çox narahat idilər.
“Dollar qalxıb. Başım çıxmır kartofu, soğanı dollarla satırlar? Özümü satılan məhsulların bahalaşmasının səbəbini başa düşmürük. 70 qəpiyə aldığım kələmi indi 1 manata satırlar. Bu da dollarladır?”, - deyə Cəmil Kazımov şikayətlənib.
Satıcılar isə məhsulların artımını topdansatış məntəqələrində artımla əlaqələndirirlər. Satıcılar hətta qiymətlərin yenə də qalxacağını istisna etmirlər.
“Türkiyədən, İrandan gətirilən pomidor, bibər və s. kimi məhsullar azı 2 dəfə qalxacaq. 2 manata satılan pomidor indi 3 manat 50 qəpiyədir. Bir-iki günə bunun 4-5 manata qalxmayacağına kim zəmanət verir?”, - deyə Mahmud adlı satıcı bildirib.
Biləcəri bazarının müdiri Zaur Ağakişey bildirib ki, həqiqətən də məhsulların qiymətində bahalaşma var.
"Bazarlarda qiymət artımı ilə bağlı şikayətlər daxil olur. Lakin bu satıcıların işləridir. Bazarda qiymətlərə müdaxilə edə bilmərik".
Ekspertlər isə baş verənləri özbaşınalıq adlandırırlar. Millət vəkili, iqtisadçı Əli Məsimli mövzuyla bağlı ANS TV-nin “Hesabat” verilişində çıxış edərkən bu işə rəvac verənləri vicdansız adlandırıb.
“Azərbaycanda bir qrup vətənsiz var. Bu insanlar Azərbaycan xalqını qanını sorublar. O qan soranlar bu vəziyyətdən istifadə edib qiyməti qaldıracaqlar. Bu adamlar bundan sui-stifadə edəcəklər. Qiymətlər süni surətdə1% qalxanda Azərbaycan xalqının (170 milyon manat) cibinə girmək deməkdir. Kim onlara əsas və ixtiyar verir ki, heç nə olmadan, eyni zamanda bir manatlıq xariçdən mal gətirmədən, bir manatlıq məhsul istehsal etmədən, yalnız telefonla qiymətlər qalxsın deməklə 1% qalxmaqla 170 milyon manat Azərbaycan vətəndaşlarına ziyan vurulur. Hesab edirəm ki, bu adamlar mütəşəkkil cinayətkarlığ siyahısında qeydə alınmalı və belə addımlar olanda onlar Azərbaycan qanunlarına uyğun olaraq sərt bir şəkildə cəzalandırılmalıdır. İqtisadi İnkişaf Nazirliyi çox intensiv surətdə çalışmalıdı, monitorinqlər aparmalıdır, süni qiymət artımının qarşısın alamalıdır. Əgər qiymət artımının qarşısı alınsa, onda manatın kursunun dəyişməsi bir o qədərdə insanlara ziyan vurmayacaq. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, kiçik və orta biznesin inkişafına təsir göstərmək, manatla olan itkilərin indeksasiyası. Sözün həqiqi mənasında bir dollar 78 qəpik həddində qalmış olsaydı belə Mərkəzi Bank onsuzda bu həddi saxlaya bilməyəcəkdir. Və ilin axırına qədə yığdığı 13 milyard pulu itirəcəkdi. İtirilməyən 13 milyard dolların qənaət olunan qisminin bir hissəsini konpensasiya versin – ipotekanın şərtləri yumuşaldılmalıdır, xalq yollarının tikilməsi istiqamətində addımlar atılmalıdır”, - deyə Əli Məsimli bildirib.
Rəsmilər isə məsələyə diqqət yetirəcəklərini bildiriblər. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, artıq bazarlarda reydlərə başlanıb.
“Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən bazarlara nəzarət gücləndirib. İntensiv nəzarət tədbirləri həyata keçirilir. Məqsəd manatın məzənnəsinin dəyişməsilə bağlı istehlak bazarlarında süni qiymət artımını nqarşısının alınmasıdır”, - deyə Abbas Əliyev bildirib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. Eyni qərarla 1 avronun rəsmi məzənnəsi 1.19 AZN səviyyəsində müəyyən edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024