Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (12-02-2015, 14:44)
Bir ailənin 4 üzvü zəhərlənib

Lənkəranda zəhərlənmə hadisəsi baş verib

 

 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Ürgə kəndində qeydə alınıb.
 
Belə ki, Nəcəfovlar ailəsində şam yeməyindən sonra qəfildən uşaqların səhhəti pisləşib. Vəziyyəti belə görən valideynlər Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət ediblər. Zəhərlənmiş Elnur, Əkbər, Elnarə və Xanpəri Nəcəfovlar təcili yardım maşınında dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) infeksion şöbəsinə yerləşdirilib. Xəstəxanaya qaytarma, ürəkbulanma, qarınişləmə ilə daxil olan uşaqlara ilkin tibbi yardım göstəriləndən sonra zəhərlənmənin daha ağır fəsadlarla nəticələnməsinin qarşısı alınıb.
Valideynlərin sözlərinə görə, yemək zamanı pomidor turşusundan istifadə ediblər. Ehtimal olunur ki, zəhərlənməyə məhz pomidor turşusu səbəb olub. Lənkəran MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda vəziyyətləri stabil olan uşaqlardan müvafiq analizlər götürülərək laboratoriya müayinəsinə göndərilib.
 
Zəhərlənmənin dəqiq səbəbi müayinənin nəticəsindən sonra məlum olacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024