Hadisə (24-06-2014, 11:46)
Bakıda güclü külək nəticəsində 8 nəfər xəsarət alıb
Son günlər ölkə ərazisində hava şəraitinin küləkli keçməsi bir neçə nəfərin xəsarət almasına səbəb olub
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, güclü küləyin törətdiyi fəsadlar nəticəsində 8 nəfər xəsarət alıb.
Onların 4-nün kişi, 4-nün isə qadın olduğunu deyən Z.Vahidovanın sözlərinə görə, təcili yardıma bununla bağlı müraciətlər yalnız iyunun 22-də müraciət daxil olub: “Belə ki, Bakıda 6 nəfərin üzərinə ağac qırılaraq düşüb. 2 qadın, 4 kişi olan xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 6-sı xəstəxanaya yerləşdirilib, 2-nə isə yerində ilkin tibbi yardım göstərilib. Bilgəh qəsəbəsində 1 qadının üzərinə şüşə düşüb. Onda ənsə nahiyəsinin kəsilmiş yarası qeydə alınıb. Həmin qadın xəstəxanaya getməkdən imtina edib və ona tibbi yardım göstərildikdən sonra evə aparılıb. Bundan əlavə, şəhərin mərkəzində yeni tikilən binanın 16-cı mərtəbəsindən kərpic uçaraq qadının üzərinə düşüb. Ona da yerində ilkin tibbi yardım göstərilib”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024