Gündəm (23-04-2014, 16:06)
Lerikdəki kütləvi zəhərlənmənin səbəbi bilindi
Zərdələrə kəndindəki mərasimdə zəhərlənən 11 nəfərdən 3-ü azyaşlı uşaq olub
Lerik rayonunun Zərdələrə kəndində aprelin 20-də keçirilən yas mərasimində qidadan zəhərlənmə hadisəsi baş verib. Həmin mərasimdə qidadan zəhərlənməsi ehtimal olunan 11 nəfər kənd sakini zəhərlənmə diaqnozu ilə aprelin 21-də gecə saatlarında Lerik Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onlara ilkin tibbi yardım göstərilib.
Zəhərlənənlər arasında 3 azyaşlı uşaq da olub. Xəstəxananın baş həkimi Mübariz Ağayevin verdiyi məlumata görə, həmin gün digər xəstələrin yerindəcə yoxlanılması üçün kəndə epidemioloq, infeksionist və pediatrdan ibarət həkim briqadası göndərilib. Xəstəxanaya müraciət edən xəstələrin halında ağırlaşma müşahidə olunmadığından tibbi yardımdan sonra onlar evə buraxılıblar.
Qidadan götürülən nümunələr ekspertiza üçün Respublika Gigeyina Epidemologiya Mərkəzinə göndərilib. Zəhərlənməyə ilkin səbəb kimi yas mərasimi üçün Masallıdan alındığı deyilən toyuq ətinin boyat olması göstərilir

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025