Gündəm (7-01-2015, 18:16)
DSK sədri Masallının icra başçısını da biabır etdi - Video
Məzahir Pənahovun işçisinin şok etirafda bulunduğu gizli videosu yayıldı
71 saylı Masallı Kənd Seçki Dairəsinin sədri Hikmət Xanməmmədov Ərkivan bələdiyyəsinə namizəd olub, seçkilərdə "uduzmuş" bir qrup namizədlərlə görüşüb.
Mediatv.AZ Asiya.az-a istinadən xəbər verir ki, həmin görüşdə H.Xanməmmədov seçki prosesində saxtakarlıq edilməsini təsdiq edib. Sədr daha sonra məlum saxtakarlıqları Masallı rayon icra hakimiyyəti başçısı Rafil Hüseynovun göstərişi ilə etdiyini bildirib. O, bütün saxtakarlıqlarda icra başçısını günahlandırıb.
Hikmət Xanməmmədovun seçkidə namizəd olub, "uduzan" Afər Cahangirovla saxtakarlıqları sübut edən dialoqu ortaya çıxıb:
H.Xanməmmədov: “Mən hər şeyi yaxşı bilirəm. Bunu bilirəm ki, Ərkivanda Eynulla qədər səs toplayan yox idi...”
A.Cahangirov: “Rafil Hüseynovun bu seçkilərə aidiyyatı yoxdu axı”.
Hikmət Xanməmmədov: “Yoxdur? Göstərişi o verir. Seçkini kəndlərdə kim keçirir! Bunun əlindədir! Mən bunu deyə bilmirəm axı, gətirib protokolları verib mənə. Ürəyimdə sevinirdim ki, Eynullanın yanında xəcalətli olmadım. Axırda vurduq-çıxdıq, gördük ki, bu nədir, Eynulla keçmir ki...
Sənə bir dənə sirr açım? Vaxt gələr mən həmin günü bura kim girib, kim çıxıb. sənə onu göstərərəm...Mina (Qızılağacın keçmiş bələdiyyə sədri) mənə 30 min 40 min pul təklif edir.
Ayın 2-də mən Bakıdayam. Biz də orda öz sözümüzü deyə bilirik. Mən də orada deyəcəyəm ki, məsələn, 4 nömrəli məntəqədə ifrat dərəcədə saxtakarlıq olub. Faktlar qoyacağam ortalığa. Məsələn, Ərkivandan bir dənə deyərəm, Qızılağac üçün bir dənə deyərəm! Ortada dəlil-sübutdan savayı başqa şeylər də olmalıdır.
Mənə Ərkivandan 3 dənə yer versəydi, pul qazanardım. Qazanmazdım!? Oturmuşam da burda, mən adam deyiləm!? Mən yemək istəmirəm!? Üç nəfərə adama 1000-1000 (min-min) gətirərdilər .Mənə də yer vermədi.
Qeyd edək ki, bu görüş 31 dekabrda baş tutub.
Qarşı tərəfi də dinləməyə hazırıq...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024