Gündəm (5-01-2015, 11:11)
Fazil Mustafadan gözlənilməz və inanılmaz status
Millət vəkili ingilis yazarı Samuel Batlerin əsərindəki fikirləri Azərbaycanda formalaşmış inanc dəyərlərinə xeyli dərəcədə uyğun gəldiyini qeyd edib
“Biz əsrlər boyu mahiyyətinə varmadan uydurulmuş bir din yaşadıq və bu gün də nəyinsə mahiyyətə uyğun gəlmədiyini söylədiyində dərhal çıxıb dedilər ki, üstünü vurmayın, artıq bu ənənəmiz pozulsa, qafamız qarışacaq, əxlaqımız alt-üst olacaq”
Mediatv.AZ xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “facebook”dakı rəsmi səhifəsində yazıb.
Millət vəkili ingilis yazarı Samuel Batlerin əsərindəki fikirləri Azərbaycanda formalaşmış inanc dəyərlərinə xeyli dərəcədə uyğun gəldiyini qeyd edib.
“İngilis satirik yazar Samuel Batlerin (1835-1902) “Reyçehə qayıdış” (Heç yer ifadəsinin tərsinə yazılışı) adlı əsəri var. Hiqqs adlanan bir adam Reyçeh adlanan uzaq, tanınmaz, qapalı bir ölkəyə düşür, o burada bir müddət yaşayır, xeyli əziyyətdən sonra hava şarı ilə bu ölkədən qaçıb qurtula bilir. 20 ildən sonra təkrar bu ölkəyə qayıdan Hiqqs reyçehlilərin yeni bir dinə tapındıqlarını görür. Reyçehlilər bu dinin yaradıcısının Günəş Oğlu adı verdikləri Hiqqs olduğunu deyir, onun bu dini gətirdikdən sonra yaşamaq üçün göylərə çəkilib getdiyinə inanırdılar.
Hiqqs bura çatanda yerli adamlar onun göyə yüksəlməsi ilə bağlı olan bayramı qeyd etməyə hazırlaşırdılar. O, gizlincə iki yerli professorun danışığına qulaq asır, bu professorlar bir-birinə yerli adamların dedikləri Hiqqs deyilən kimsəni heç vaxt görmədiklərini, heç görə bilməyəcəklərini də danışırlar; ancaq onların hər ikisi də Günəş Oğlu dininin ən başlıca ruhaniləri sayılırlar. Hiqqs eşitdiklərindən bərk sarsılır, onlara yaxınlaşıb deyir:
“Mən indi hər şeyi açıb xalqa danışacaq, sizin bu fırıldağınızın üstünü açacağam, Günəş Oğlunun mənim özüm, yəni bir insan olduğunu da, buradan hava şarında uçub getdiyimi də onlara başa salacağam”.
Fazil Mustafa qeyd edib ki, Henki və Penki adlanan bu ruhani-professorlar onu inandırmağa çalışırlar:
“Siz gərək bunu etməyəsiniz, bu ölkənin bütün əxlaqı Günəş Oğlu mifinə bağlıdır, birdən bu reyçehlilər sizin göylərə yüksəlmədiyinizi bilsələr, onlar ucdantutma yaramazlıqlara qurşanacaqlar”. Onların dedikləri Hiqqsin ağlına batır və səssizcə bu ölkədən çıxıb gedir”.
Batlerin yaşadığı dövrdə Azərbaycanı tanıdığı barədə faktı olsaydı, hətta bizim məmləkəti nəzərdə tutduğunu da ehtimal edərdi:
“Çünki Vətənim Azərbaycandakı əsrlərcə formalaşmış inanc dəyərlərinə xeyli dərəcədə uyğun gələn bir təsvirdir. Biz əsrlər boyu mahiyyətinə varmadan uydurulmuş bir din yaşadıq və bu gün də nəyinsə mahiyyətə uyğun gəlmədiyini söylədiyində dərhal çıxıb dedilər ki, üstünü vurmayın, artıq bu ənənəmiz pozulsa, qafamız qarışacaq, əxlaqımız alt-üst olacaq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024