Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-09-2014, 11:26)
“Devlərin aşqı da, çiləsi də böyük olur!”

“Ehsan verməməyi vəhabilər təbliğ edir, onların başında da Fazil Mustafa durur”

 

 
Millət vəkili Fazil Mustafa öz facebook səhifəsində maraqlı status yazıb.
Millət vəkili dünən Bakıxanov qəsəbəsində baş tutan yas mərasimlərindən birində mollanın ehsanın qadağan edilməsi ilə bağlı dediyi fikirləri bölüşüb.
F.Mustafanın həmin statusunu olduğu kimi təqdim edirik:
“Dostlardan biri məlumat verdi ki, dünən Bakıxanov qəsəbəsində yas məclisini aparan molla, ehsanların yığışdırılması ilə bağlı belə bir izah verib: “Yaslarda yemək yemək bizim milli adətimizdir, ehsan verməməyi təbliğ edənlər vəhabilərdir, onların başında da Fazil Mustafa durur. Demək ki, ehsan mafiyası artıq öz müqavimət formasını tapıb. Qarınlarını doydormaq üçün yoxsul insanların izdirabdan qurtulmasını belə əngəlləməyə çalışırlar”.
Həmin mollanın kimliyini araşdırıram və təbii ki, məsələnin mənbəyinə gedib çıxmağa çalışacağıq. Maraqlıdır ki, dünən İrandan idarə olunduğu bəlli olan “Şanlı İldırım” adlı facebook profilindən də təhqiramiz mesaj aldım və orada da məni Yəhudilərə işləməkdə suçlayırdı. Ötən günlərdə də burada paylaşmışdım, xüsusi xidmət orqanlarımızla bağlılığı olan bir ilahiyyatçı Türkiyə kanalında məni Nurçu adlandırmışdı. İndi qalmışam məhəttəl, bunlar arasında görünür ki, koordinasiya yoxdur ki, müəyyən etsinlər ki, Mən kiməm! Aşıq Ələsgər gözəl demiş, deyilmi:
Hərcayıdan, müxənnəsdən, nakəsdən,
Nə qalmadı sənətkara dəyməmiş.
Dostlar, bu yolda hər şey deyəcəklər, Allahı, İnsanı və Vətəni sevməyin bəlkə də çiləsidir bu. Devlərin aşqı da, çiləsi də böyük olur!”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024