Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Karusel (28-02-2014, 11:34)
Ekonom-klassda uçan təlxək ifşa olundu

 

“Təlxək İlyas”dan yeni xəbərlər var

Qədim dövrlərdə, hətta orta əsrlərdə krallar, hökmdarlar öz saraylarında təlxək saxlayardılar. Görünür, var-dövlətin çoxluğundan həyata marağını itirmiş kralların əylənmək, gülmək, vaxt keçirmək üçün təlxəklərə-klounlara xüsusi ehtiyacı var imiş. Azərbaycanda çiçəklənməkdə olan bu təzə sənətin adına “Proqram”da deyirlər. Ancaq mahiyyət etibarı ilə bu elə təlxəklikdir. 

Deməli, kim oliqarxların məclisində yaxşı təlxəklik edə bilsə, onun adını “Proqram” qoyub, kruqa buraxırlar. Ancaq hər təlxək o adı qazana bilməz, ancaq hansısa oliqarx onu “raskrutka” eləsə, onda həə, həmin təlxək “Proqram “adını qazana bilər. Bəs “Proqram”ın işi nədən ibarətdir..? 

Proqram-təlxək, məsələn gedib Dubayda, Moskvada, Kiyevdə yaşayan həmyerlilərimizi güldürüb, Bakıdakı son xəbərləri onlara danışır…Və əvəzində Proqramın bilet, maşın, benzin, kostyum, digər xərclərinin pulunu həmyerlilərimiz artıqlaması ilə ödəyir. Hətta hərdən yaxşı “bonus” da olur. Hər təlxək “Proqram” adını qazana bilmir, əsas odur ki, ona hansısa oliqarx xeyir-dua versin. Bax ondan sonra, misal üçün, olur “Proqram” İlyas Xəlilov! Yəni, təlxək-kloun İlyas...

Qeyd edək ki, bir müddət əvvəl biz, Azərbaycanda yeni ,təlxək-kloun peşəsinin peyda olunmasından yazı yazmışdıq. Sonradan bəzi şəxslərin məsələyə müdaxiləsindən bu yazının ardını yazmadıq. 
Ancaq bu gün İlyas adlı təlxək-kloundan bizə yeni məlumatlar daxil olduğuna görə, fikirləşdik ki, bunu oxucularmızla paylaşsaq heç də pis olmaz . Qeyd edək ki,bu şəxs uzun illərdi cibinə pul qoymayaraq demək olar ki, bütün dünyanı gəzir.Bu şəxsin oliqarx balalarının yanında yalnız bir təlxək-kloun kimi hörməti olsa da, cəmiyyət arasında o özü bunu başqa cür təqdim edir. Belə ki, cəmiyyət içində o hamıya bildirir ki, güya uzun illərdi onu, oliqarx balaları ilə qardaşlıq,dostluq telləri bağlayır.

Etiraf etmək lazımdır ki, o bir çox insanlara bunun belə olmasını inandıra da bilib. Hətta bir vaxt bizim əməkdaşımızla söhbətdə İlyas Xəlilovun dediklərinə inanan bir şəxs,demək olar ki,bizimlə qızğın mübahisə edərək deyirdi ki,”siz öz yazılarnızda haqlı deyilsiniz, oliqarx balaları İlyas Xəlilov ilə həqiqətən qardaşlıq edirlər.Bütün bunları nəzərə alaraq, biz İlyasla bağlı əldə etdiyimiz yeni məlumatları eksklüziv olaraq həmin şəxs və oxucularımız üçün təqdim edirik. Deməli, bu yaxınlarda İlyas Xəlilov həmişəki kimi, bir oliqarx balası ilə təyyarə ilə Ukraynaya uçurmuş. 
Oliqarx balası özü biznes-klassda uçsa da, İlyasa ekonom-klassa bilet alıbmış. Təyyarədə biznes-klassda uçan başqa bir nüfuzlu iş adamı,hansı ki, bu şəxslərin ikisini də çox yaxşı tanıyır,onların birini biznes- klassda o birisini isə ekonom-klassda görəndə çox təəcüblənir. Ancaq İlyas ekonom-klassda otursa da yenə də uçuş zamanı biznes–klassa, oliqarx balasının yanına klounluq etməyə gedib -gəlib. Bax burda həmin nüfuzlu iş adamının yadına İlyasın sözləri düşür. İlyas həmişə deyirdi ki, “mən oliqarx balaları ilə səmimi qardaşlıq edirəm”. 

Ancaq qardaş,dost adlandırdığın adam sənin üçün ekonom-klassa, özü üçün isə biznes-klassa bilet alırsa, burda səmimiyətdən heç bir söhbət gedə bilməz. Burda söhbət yalnız oliqarx balası və təlxək-kloun münasibətlərindən gedə bilər. Çünki həmin oliqarx övladı İlyasa səmimi dostluq,qardaşlıq münasibəti bəsləsəydi yəgin ki, o İlyası yanında, biznes-klassda oturdardı və yaxud da özü keçib onun yanında ,ekonom- klassda oturardı.Biz bu yazını yazmaqla heç kimi təhqir etmək istəmirik. Sadəcə bildirmək istəyirik ki,ay İlyas, harda olursan ol, istər təyarədə, gəmidə və yaxud da hamamda nə gop etsən də, yenə də yalanlarının üstü açılaraq uzə çıxacaq. Bəlkə də bu yazıdan sonra, İlyas Xəlilov öz klounluq sənətinə son qoymasa da,heç olmasa gopçuluğuna son qoydu...

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024