Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (25-02-2014, 20:28)
Masallıda müəllimlərin etirazı - Maaşlar niyə verilmir?

Masallı rayonunda müəllimlər maaşlarını almaqda problemlə üzləşiblər. 

Bu barədə Mediatv.az-a Masallıdan məlumat daxil olub. 

Onlar bildirirlər ki, məvaciblər köçürülsə də, bankomatlarda pul olmadığından maaşlarını götürə bilmirlər: "Bu, birinci dəfə deyil. Biz hər dəfə eyni problemlə üzləşirik. Maaşları bankomatlara köçürürlər, amma bir həftə gözləməli oluruq ki, bankomatlara pul köçürülsün. 

Pul gec köçürüldüyündən bankomatlarda da basabas yaranır. Günlərlə gözləməli oluruq. Bununla bağlı bir neçə dəfə rayon Təhsil Şöbəsinə və İcra Hakmiyyətinə müraciət də etmişik, lakin heç bir tədbir görülməyib".

Mövzu ilə bağlı rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, heç bir məlumat ala bilmədik. 

Masallı rayon İcra Hakmiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova isə mövzu ilə bağlı açıqlama verməkdən imtina etdi: "İclasa gedirəm, sonra danışarıq".

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024