Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-01-2014, 10:50)
TQDK-nın hesabatı: vəziyyət sabit ağır olaraq qalır

   Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatını keçirdi

Bu nömrə 2013-2014-cü tədris ili üçün Azərbaycan Respublikasının Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi- statistik təhlilinə həsr olunub. 
TQDK sədri M. Abbaszadənin təqdimatı və jurnalın təhlilindən görünür ki, vəziyyət heç də ürəkaçan deyil. Əslində Misir Mərdanovun yükünün təhsilimizin üzərindən götürülməsi təqdir olunmalıdır. Ancaq onun vurduğu ziyan o qədər böyükdür ki, hələ uzun illər vəziyyətdən çıxış yolları axtaracağıq. Cəsarətli addımlar atılmalıdır. Təəssüflər olsun ki, belə addımların şahidi olnuruq. Məktəbəqədər təhsildən tutmuş ali təhsil də daxil olmaqla təhsilin bütün pillələri böhran içərisindədir. Elə TQDK-nın adını çəkdiyim nəşrində təhsilimizin acınacaqlı vəziyyəti özünü açıq şəkildə göstərir.  
Buraxılış imtahanları
9-cu sinif şagirdlərinin buraxılış imtahanında hər iki fənn üzrə birlikdə yüksək nəticə göstərən 40 məktəb içərisində lisey və gimnaziya statusu olmayan cəmi 2 orta məktəbin adı var. Yerdə qalanlar türk liseyləri, yerli lisey və gimnaziyalardır. 11-ci sinif şafirdlərinin buraxılış imtahanlarında hər 2 fənn üzrə birlikdə yüksək nəticə göstərən 40 məktəb içərisində lisey və gimnaziya statusu olmayan 5 orta məktəbin adı yer alıb. Birinci siyahıda Heydər Əliyev adına lisey 25-ci yerdə, ikinci siyahıda isə 33 yerdə qərarlaşıb. Yeri gəlmişkən, bu məktəbin adı neqativ hallarda çox hallanır. Təhsil nazirliyinin bu liseyin direktoru barədə indiyə qədər ölçü götürməməsi təəccüb doğurur. Adı hər yerdə böyük fəxrlə çəkilən “Zəngi” liseyi bu siyahıların heç birində yer almayıb. Deyilənlərə görə bu liseyin direktoru 5 dəfə Həcc ziyarətində olub. Məncə, Bayram müəllim ibadətə ayrdığı vaxt qədər təhsilə də vaxt ayırsa idi rəhbərlik etdiyi liseydə irəliləyiş olardı. 
Yerdə qalan 4500-dən çox orta ümumtəhsil məktəblərinin göstəricilərində xeyli oxşarlıqlar var. Fərqli nəsə gözləmək sadəlövlük olardı. Hamı bilir ki, Bakının tutaq ki, 104 saylı orta məktəbində dərslərə davamiyyət, müəllim hazırlığı, dərs mühiti necədirsə Zərdab rayonunun Yarməmmədbağı orta məktəbində də elədir.
Qəbul imtahanlarının nəticələri
Jurnalda qəbul imtahanlarının nəticələrinə geniş yer ayrıldığından təhlili bir məqalə şəklində vermək mümkün deyil. Oxucular üçün maraqlı olan bir neçə məqamı qeyd etmək istərdim. Ölkə üzrə türk liseyləri istisna olmaqla yerli məktəblərimizin məzunlarının göstərdikləri zəif nəticələrdə (0-100, 0-200 bal) xeyli oxşarlıqlar var. Elə bölgələr də var ki, kiçik fərqlər istisna olmaqla (200-250 məzun fərqi) digər göstəricilər üzrə  oxşarlıqlar açıq şəkildə hiss olunur. Məslən, Salyan rayonunun məzunlarının nəticələri Naxçıvan şəhərinin məzunlarının nəticələri ilə təxminən oxşardır. 
Naxçıvan şəhəri
Naxçıvan şəhərinin ümumtəhsil məktəblərini 879 şagird bitirib, onların 871 nəfəri buraxılış imtahanında iştirak edib və 739 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb. .
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb
0-100 bal intervalında 26,19% (203 nəfər), 100-200 intervalında 20,13 faiz (156 nəfər), 200-300 intervalında 18.19% (141 nəfər), 300-500 intervalında 24,39% (189 nəfər), 500 dən yuxarı bal toplayanlar 11.10% (86 nəfər). Beləliklə şəhər abituriyentlərinin yalnız 35,48%-i 300 dən yuxarı bal toplayıb.
Salyan rayonu  
Salyan rayonu ümumtəhsil müəssisələrini 1176 şagird bitirib, onların 1124 nəfəri buraxılış imtahanında iştirak edib və 758 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb. 
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb
0-100 bal intervalında 26,83% (165 nəfər), 100-200 intervalında 19.02% (117 nəfər), 200-300 intervalında 19.02% (117 nəfər), 300-500 intervalında 25.85% (159 nəfər), 500 dən yuxarı bal toplayanlar 9.27% (57 nəfər). Beləliklə şəhər abituriyentlərinin yalnız 35,12%-i 300 dən yuxarı bal toplayıb. 
Maraqlıdır ki, Bakı şəhəri məzunlarının 46.74%-i,  Naxçıvan şəhərinin məzunlarının 46.32%-i, Salyan rayonunun 45.85% məzunu 0-200 bal toplayıb.
Eyni oxşarlığı Abşeron rayonu ilə Ağdam rayonun göstəricilərinin müqayisəsində görmək mümkündür.
Abşeron rayonu
Rayonun ümumtəhsil müəssisələrini 1484 şagird bitirib, onların 1444 nəfəri buraxılış imtahanında iştirak edib və 1181 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb. 
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb
0-100 bal intervalında 34.65% (387 nəfər), 100-200 intervalında 22.11% (247 nəfər), 200-300 intervalında 15.13% (169 nəfər), 300-500 intervalında 22.74% (254 nəfər), 500 dən yuxarı bal toplayanlar 5.37% (60 nəfər). Beləliklə rayon abituriyentlərinin yallnız 28.11%-i 300 -dən yuxarı bal toplayıb. 
500 baldan yuxarı nəticə göstərərk məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 24.14%-dir
Ağdam rayonu
Rayonun ümumtəhsil müəssisələrini 1197 şagird bitirib, onların 1140 nəfəri buraxılış imtahanında iştirak edib və 777 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb. 
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb
0-100 bal intervalında 31.52% (209), 100-200 intervalında 20.06% (133 nəfər), 200-300 intervalında 17.04% (113 nəfər), 300-500 intervalında 25.49% (169 nəfər), 500 dən yuxarı bal toplayanlar 5.88% (39 nəfər). Beləliklə rayon abituriyentlərinin yalnız 31.37%-i 300 -dən yuxarı bal toplayıb. 
500 baldan yuxarı nəticə göstərərn məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 23.60%-dir.
Bu hallar bölgələrdə yerləşən məktəblər arasında ciddi fərqlərin olmadığını göstərir. Məsələn uşaqlara 1-ci sinifdən 11-ci sinifə qədər riyaziyyat və həndəsə dərsləri Misir Mərdanovun yazdığı kitablardan tədris olunur. Müəllim hazırlayan ali məktəblərdə təhsilin keyfiyyəti ilbəil aşağı düşür, dərslərə davamiyyət nəzarətdən çıxıb, məktəb idarəçiliyində ciddi dəyişikliklər baş verməyib  və s. Mərdanov paradoksuna görə orta məktəbin vəzifəsi ali məktəb üçün abituriyent hazırlamaq deyil. Onda bəs nədir? Belə çıxır ki, 0-100 bal toplayıb yazmağı, oxumağı və hesabı bacarmamaqdır.
Türk liseyləri ilə yerli liseylərin müqayisəsi
Türk liseyləri ilə yerli orta məktəblərimizin nəticələri arasında böyük fərqlər olduğuna görə bunların təhsil nazirliyinin tabeliyində olan liseylərlə müqayisəsi daha maraqlı ola bilər. Onu da qeyd edək ki, türk liseylərindən 16-ın məzunları, Təhsil nazirliyinin tabeçiliyində olan və özəl liseylərin 32-in məzunları qəbul imtahanlarında iştirak edib. 
Təhsil nazirliyinə tabe olan liseylər:
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:
0-100 bal intervalında 10.92% (170 nəfər), 100-200 intervalında 16.12% (251nəfər), 200-300 intervalında 17.04% (265nəfər), 300-500 intervalında 32.82% (511 nəfər), 500 dən yuxarı bal toplayanlar 23.12% (360 nəfər). Beləliklə liseylərin abituriyentlərinin yalnız 55.94%-i 300 -dən yuxarı bal toplayıb. 
Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 2.07%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 65.29%-dir
Türk liseyləri
Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb
0-100 bal intervalında 1.53% (10 nəfər), 100-200 intervalında 7.48% (49 nəfər), 200-300 intervalında 12.98% 85nəfər), 300-500 intervalında 34.35% (225 nəfər), 500 dən yuxarı bal toplayanlar 43.66% (286 nəfər). Beləliklə liseylərin abituriyentlərinin yalnız 78.02%-i 300 -dən yuxarı bal toplayıb. 
Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərəni yoxdur. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 80.38%-dir.
Bu hal onu göstərir ki, türk liseylərini zəif uşaqlar bitirmirlər. Təhsil nazirliyin tabeliyində olan liseylərin məzunları 27%-i 0-200 bal toplayıb. Göründüyü kimi bizim liseylər türk liseylərindən xeyli geridə qalırlar.
Ali məktəblərin reytinq göstəriciləri
Hal-hazırda Azərbaycanda ali məktəblərin reytinqinin bircə cədvəli var. Bu TQDK-nın tərtib etdiyi reytinq cədvəlidir. Abituriyent jurnalının 12-ci nömrəsində Ali təhsil müəssisələrinin reytinq göstəriciləri verilib. Birinci 5 yeri Bakı Ali Neft Məktəbi, Informasiya Texnologiyaları Universiteti, Dövlət Idarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası,  Azərbaycan Tibb Universiteti tuturlar. Bakı Dövlət Universiteti 7-ci yerdə, Neft Akademiyası 10-cu yerdə, Azərbaycan Iqtisad Universiteti 11-ci yerdə, Azərbaycan Dövlət Pedaqoji Universiteti 15-ci yerdə, Azərbaycan Müəllimlər Institutu 21-ci yerdə qərarlaşıb. Düşünürəm ki, Müəllimlər Institutu saxta diplom əhvalatından sonra bir qədər irəliləyəcək. Göründüyü kimi ilk beş yeri tutan ali məktəblərin 3-ü yeni yaradılıb. Bizdə Qərbdən fərqli olaraq gənclər köhnə yox, yeni ali məktəblərə üz tuturlar.  Bu ali məktəblər təhsilin keyfiyyəti, tətbiq edilən fənn proqramları, professor müəllim heyəti və şəffaf idarəçiliyi ilə yüksək bal toplamış abituriyentlərin diqqətini çəkməyə bilməzdi. Görünür gənclərimiz həm də yeniliyə üstünlük verməyi bacarırlar. Bizim ənənəvi universitetlərdə ciddi islahatlar aparılmalıdır. 10 ildən artıq rektor işləyib heç bir yeniliyə imza atmayan, əksinə universiteti böhrana sürükləyən rektorlar vəzifələrində qala bilməzlər. Əks təqdirdə böhran daha da dərinləşə bilər. Konkret olaraq Bakı Dövlət Universitetinin geriləməsinin səbəbi ifrat avtoritar idarəçilik, yeniliklərlə ayaqlaşa bilməmək və təbiət elmlərinin beşiyi sayılan bu ali məktəbin humanitar yönümlü ali məktəbə çevrilməsidir. 
Tədbirdə nədənsə Bakı Dövlət Universitetinin, Idarəçilik Akademiyasının, Memarlıq və Inşaat Universitetinin, Dillər Universitetinin, Kooperasiya Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Tibb Universitetinin, Azərbaycan Müəllimlər Institutunun rektorları iştirak etmirdi. Bunu tədbir iştirakçılarından biri ali məktəblərin reytinq göstəricisi ilə əlaqələndirdi.  Ancaq bu arqument inandırıcı deyildi. Bu daha çox saymamazlığa bənzəyirdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024