Sosial (12-02-2014, 10:55)
“Prezidentin bu addımını yüksək dəyərləndirirəm”
Azərbaycanda bundan sonra daşınmaz əmlakla bağlı sənədlərin verilməsi səlahiyyətləri “ASAN xidmət”də olacaq. Bu barədə prezident İlham Əliyevin imzaladığı fərmanda deyilir.
Sənədə əsasən, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti “ASAN xidmət”in göstərdiyi xidmətlərə aid edilir.
Bu addımı yüksək dəyərləndirən BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, 20 ilə yaxındır o aktiv siyasətlə məşğuldur: “Həm də 14 ildir ki, bələdiyyə üzvüyəm. Və bələdiyyədə yüksən vəzifələr daşımışam. Bu gün ev sənədlərinin "ASAN xidmətə" verilməsi səlahiyyətini çox yüksən addım kimi xarakterizə edirəm. Həqiqətən də, "ASAN xidməti" Azərbaycanın son illərdə qazandığı ən böyük uğurlarından biridir. Ən çox da kasıb təbəqənin birbaşa maraqlarına xidmət edir. Prezidentin bu sərəncamını yüksək addım kimi dəyərləndirirəm”.