Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (10-02-2014, 20:10)
Geologiya İnstitutunun adı dəyişdirildi

 

AMEA Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib. ANS PRESS-in qurumun saytına istinadən məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA YEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər haqqında məlumat verib.

AMEA Geologiya İnstitutunun adının dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılması haqqında çıxış edən F.Qədirov bildirdi ki, Geologiya İnstitutunun tərkibində çox sayda müasir cihaz və avadanlıqlarla təchiz olunmuş 6 laboratoriyadan ibarət “Yer fizikası” seksiyası fəaliyyət göstərir. Hazırda burada 7 elmlər doktoru, 20-yə yaxın fəlsəfə doktoru çalışır, Bakı Dövlət Universitetinin baza kafedrası yerləşir. Bunu nəzərə alaraq institutun adı dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılacaq.

Müzakirələrdə AMEA-nın müxbir üzvləri Pərviz Məmmədov, Ramiz Məmmədov, Hətəm Quliyev və digərləri iştirak etdilər.

Tədbirdə, həmçinin Neft-Qaz İnstitutunun açılması məsələsi müzakirə olundu, 2014-cü ildə bölməyə daxil olan Geologiya və Coğrafiya institutlarında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmuş namizədlərin mövzuları təsdiq edildi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024