Gündəm (19-04-2014, 10:25)
Anar Məmmədovdan yeni layihə
Anar Məmmədovun “Garant Media holdinq”in təqdimatı olacaq
“Yaxın günlərdə "Garant Media holdinq"in təqdimatı olacaq. Həmin təqdimatda holdinqə daxil olan bütün media quruluşlarının adları açıqlanacaq, fəaliyyət istiqamətləri haqda bilgilər veriləcək" - bu haqda “Yeni Müsavat”a “Garant holdinq”in hüquqşünası Rüslan Məmmədov məlumat verib. Qeyd edək ki, bir neçə gün əvvəl “Gündəm xəbər” qəzeti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun media quruluşlarından bəhs edən yazı dərc etmişdi.
Yazıda “Garant holdinq” rəhbərinin fəaliyyəti hədəf götürülür və “Anar Məmmədovun yeni media qrupu... ”hədəflər vurulacaq" yarımbaşlığı altında media quruluşlarının təyinatı, kimin tərəfindən idarə edilməsindən söhbət açılırdı.
Bildirlirdi ki, A.Məmmədovun media holdinqinə news.az, mugamradio.az, marka.az, interpress.az, auto FM, həmçinin, reklam saytları - turbo.Az, boss.az və bina.az saytları daxildir.
Nazir oğlunun hədəfində gun.az, eləcə də Yurd TV-nin olduğu deyilir. Bu media holdinqin rəhbərliyinə Cəmil Rüstəmxanlının gətiriləcəyi bildirilirdi. Qeyd edək ki, R.Məmmədov “Yeni Müsavat”a açıqlamasında bir qədər əvvəl “National Geographic” və başqa dünyaca məşhur media layihələrin yayım hüququnu aldıqlarını söyləyib. Bildirib ki, “National Geographic” jurnalının azərbaycan dilində çap edilməsi və televiziyada yayılması nəzərdə tutulur