Gündəm (15-04-2014, 10:50)
Taksofonlar Wi-Fi funksiyası ilə təchiz ediləcək
Bakıda taksofonları Wi-Fi funksiyası və nəqliyyat kartlarının yüklənməsi ilə təhiz etmək planlaşdırılır.
Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyindən deyiblər.
İB-dən bildiriblər ki, dövlət operatoru Nəqliyyat Nazirliyinin mövcud layihə üzrə təkliflərinə baxmağa və adıçəkilən qurumun icazəsini aldıqdan sonra texniki və təşkilati məsələləri həll etməyə hazırdır.
Birlikdən qeyd ediblər ki, bundan başqa, universal taksofonlara Wi-Fi internetə çıxış və ödənişlərin qəbulu kimi əlavə funksiyalar əlavə oluna bilər.
İB 2012-ci ilin əvvəlində Bakı ərazisində multimedia taksofonların quraşdırılmasına başlayıb. Taksofonlar vasitəsilə xidmətlər həm qəpik, həm də operatorun telefon kartlarından istifadə edilməklə göstərilir.
Digər tərəfdən, qurğularda zəruri sorğu kitabçası, şəhər və rayonların kodları, operatorun tarif və xidmətləri üzrə informasiya təqdim olunub.
Paytaxtda quraşdırılmış multimedia taksofonların sayı təqribən 100 ədəddir. Qurğular Bakının mərkəzi küçələrində və insanların daha sıx olduğu yerlərdə quraşdırılıb.
Bu qurğuların üstünlüklərindən biri səs rabitəsindən başqa, informasiya xidmətlərinin göstərilməsidir. Multimedia taksofonu kompüter və taksofonun funksiyalarını biləşdirən aparatdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024