Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (11-11-2015, 13:32)
MTN-nin mənəvi terror qrupu

 

Onlar insanlar haqqında necə rəy yaradırdılar?

 

 Araşdırma materiallarına görə MTN-də neçə illərdən bəri fəaliyyət göstərən və getdikcə cəlbedici quruma çevrilən “İctimai rəy” dəstəsinin Azərbaycan xalqına, dövlətə və nəhayət ictimai-siyasi mühitə vurduğu zərbənin yaraları çətin ki, tezliklə sağala.

Bu dəstənin başında dayanan MTN generalları (insan xəcalət çəkir belə təsadüfi adamların adını çəkməyə) Azərbaycanın müxtəlif dövlət qurumlarında çalışan zəkalı, istedadlı, ağıllı, millətini və torpağını sevən, dövlətçilik ənənələrinə sədaqətli olan... insanları şərləməyə, ünvanlarına yalan və böhtan deyərək, onları yerlərdə gözdən salmağa, onların inkişafını ləngitməyə həmişə maraqlı olublar. Şübhəsiz, onlara bu istiqamətdə simasız, əqidəsiz telekanallardan və mətbuat vasitələrindən, nəşriyyatlardan bir neçəsi könüllü yardım ediblər. (Bu istiqamətdə olan araşdırmalarımızın yekun nəticələrini verəcəyik).

Məlumata görə MTN generallarının “İctimai rəy” dəstəsinin üzvləri tapşırığa əsasən hökümət və dövlət telefonlarının xüsusi nömrələrilə nazirliklərə,Yaradıcı elmi-tədqiqat institutlarına, diplomatik korpus başçılarına... nəzərdə tutulan şəxslərlə bağlı ciddi xəbərdarlıqlar edilirdi. Nəticədə həmin şəxslər bir daha yerlərindən tərpənə bilmirdilər. Məlumata görə 2005-2010-cu illər ərzində Azərbaycandan MTN generallarının “İctimai rəy”i əsasında 743 nəfər ziyalı, 2010-2013-cü illər ərzində isə 428 nəfər Azərbaycandan çıxıb gediblər. MTN əməkdaşları tərəfindən ölkədən qovulan, həyatlarını həmişə təhlükədə və təqibdə hiss edən insanların xaricdəki diplomatik korpuslarına xeyli sayda məktublar daxil olmaqdadır. Şübhəsiz, zərbə alan, heç nədən təhqir olunmuş, mənəvi cəhətdən sıxılmış insanları yenidən normal həyata qaytarmaq, çətin olacaq. Bu gün 18 nəfər kvant fizikasını bitirən mütəxəssis, nüvə araşdırıcıları, çox ciddi nailiyyətlər əldə etmiş azərbaycanlı balaları məhz MTN-nin yanlış izləmələri, məlumatları... əsasında ölkədən çıxaraq Moskva ətrafındakı “Dünya elmi-tədqiqat” institutunda çalışır. Yalan və böhtan kompaniyasından yorulan mütəxəssislərin böyük bir qismi bu gün Avropa ölkələrinə sığınıblar.

Yaxşı olardı ki, yeni rəhbərlik MTN-də formalaşan, lakin hələ dağıdılmayan və yeri gələndə yenidən fürsət gözləyən bədnam “İstimai rəy” qrupunu dağıtsın. Onsuz da zaman həmin şəxslərin xeyrinə işləmir.

Maraqlı cəhətlərdən biri budur ki, MTN-nin nazirliklərdə, KİV-də, RTV kanallarında, AMEA-da, institutlarda, elmi-tədqiqat müəssisələrində, şirkət və komitələrdə “İctimai rəy” təşkil edənlərin bədnam siyahısı da artıq qarşımızdadır. Əlli yeddi səhifəlik bu cədvəllər harada tutulub, görən? Bunların-insanlar üçün qurulan bu mənəvi terrorun sorğu-sualları kimin üçündür? Şübhə etmirəm ki, tədricən bu sualların da cavabları tapılacaq.

 

Rövşən Novruzoğlu

 MTN üzrə ekspert politoloq

 

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024