Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (10-11-2015, 13:47)
Kəşfiyyatçılarımız niyə vətənə dönmür?!

Kəşfiyyatçılarımız niyə vətənə dönmür?!

 

Hər il 25 erməni RF-dakı İ.Andropov adına Ali Dövlət Təhlükəsizlik Akademiyasını bitirir

 

 İndi ictimai-siyasi mühiti belə bir sual düşündürür: - görəsən Azərbaycandakı diplomatik korpuslarda, səfirlik və xarici şirkətlərdə nə qədər erməni çalışır? Çünki vaxtilə Ermənistan kəşfiyyat idarəsində çalışan və sonra istefaya çıxan polkovnik M.S.Qarabudaqyan iddia edir ki, ölkəsinin təhlükəsizlik xidmətindən göndərilən agentlərin bir hissəsi Azərbaycanın strateji mərkəzlərində, nazirlik və səfarətxanalarda fəal iştirak edirlər. (Xatırladaq ki, hər il 25 erməni RF-dakı İ.Andropov adına Ali Dövlət Təhlükəsizlik Akademiyasını bitirir).

Azərbaycanla bağlı istənilən məlumatların toplanmasında Bakıdakı diplomatik korpuslara yığışmış ermənilər yaxından iştirak edirlər. Azərbaycan MTN-yi ilə bir istiqamətdə heç bir bilgiyə məlumatlı deyil, açıqlama verməkdə çətinlik çəkir. Nazirliyinin kəşfiyyat qolu iflic vəziyyətindədir. Vaxtilə ulu öndər Heydər Əliyev

MTN-nin kəşfiyyat idarəsinin həmişə zəif işlədiyini bildirmiş, onu tənqid etmişdir. Azərbaycan MTN-nin kəşfiyyatı həmişə zəif orqan olaraq qalır. (Biz bununla bağlı daha ciddi məsələlərə toxunacağıq).

Azərbaycan kəşfiyyatının xarici ölkələrdəki işi sıfıra bərabər qiymətləndirilir. Şübhəsiz, internetin yalan materilları ilə kəşfiyyat qurmaq, ölkə başçısını, milləti aldatmaq ən azından xəyanətdir. Məsələn, nə üçün İŞİD-ə qoşulan azərbaycanlılar haqqında ilkin məlumatları özgə kanallarından eşidrik? Bizim kəşfiyyat nə üçün susur? Nə üçün xarici ölkələrdəki diplomatik kanallarda çalışan “çekistlər” MTN

hadisələrindən sonra vətənə qayıtmırlar?  Hanı hesabat?

 Bizim qeydlərimiz MTN-ə kiçik mesajdır. Amma yadınıza salım ki, xaricdə işləyən “çekist”lərimizin bir qismi baş verən olaylardan sonra vətənə dönməkdən imtina edirlər. Məlumata görə onların bir qismi artıq siyasi sığınacaq üçün müraciətlər də hazırlayıblar...

Bu da MTN-nin kəşfiyyat qolu. Və yaxud H.Əliyev adına MTN-nin Akademiyasına girən (və yaxud soxulan) tələbə-çekistlər sırasında sorğu nə vaxt aparılacaq. Qohum-əqrabalar nə vaxt saf-çürük ediləcək? Məlumata görə akademiyada hər on nəfərdən səkkizi “Arxalı” ləqəbi ilə tanınır.

MTN özünün hələ ki, ağrılı, əzablı günlərini yaşayır...

 

Rövşən Novruzoğlu

Ekspert

 

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024