Gündəm / Slayd (5-11-2015, 13:39)
Eldar Mahmudovun “dinləmələri” hələ də davam edir...
Son altı ayda BMT əsir və girovlarla bağlı ermənilərin 17 anti – Azərbaycan sənədini qəbul edib. Bəs, onda MTN—nin rəhbərliyi hara baxırdı?
Azərbaycana gələn erməni “siyasətçisi” əslində xaricdə anti – Azərbaycan təbliğatının əsas təşkilatçılarından olan, “D.Karapetyan qrupunun yaradıcılarından birinin oğlu olan Martiresyanı biz az qala Milli Qəhrəman edək... Mətbuat və kütləvi informasiya vasitələri hələ də onu yaxşı tanımırdı. Amma kifayət qədər təbliğ etdilər. Sual olunur: bu mətbuat maşınını quran kimlər idi? Bu strateji proqram düz idimi? Belə gülünc və sərsəm təbliğata haradan start verilmişdi? Sizlər... Martirosyanı tanımadınız...
Təbliğatın başında Milli Təhlükəsizlik Nazirliyi dayanmışdı. Nazirliyin əsir və itkin düşmüş və girovlarla işləyən komissiyasında hər şeyi proqramlaşdırılmışdı. Qeyd edək ki, yalanlar üzərində qurulan bu komissiyanın heç bir hesabatı, məlumatı və yaxud arayışları BMT-nin İnsan haqlarını müdafiə edən və yaxud araşdıran komissiya və mərkəzlərində qəbul edilmirdi. Komissiyanın yeni sədri seçilmiş, general-leytenant M.Quliyevdən xahiş ounur ki, o qovluqların içini açsın. (Əgər varsa). Varmış elə bir sənəd?
Amma məlumata görə düşmən tərəfin – Ermənistanı “hərbi komissiyası”nın (ixtisarla verirmiş) son altı ayda 17 anti-Azərbaycan) sənədi BMT insan haqları komissiyalarında müzakirə olunub.
Siz nə üçün ölkə başçısını aldadırsınız cənablar? Türkiyədə nəşr olunan “İsmanan” yazır ki, Azərbaycanda yaradılmış komissiya (söhbət MTN-dəki komissiyadan gedir) ancaq “..gəlir mənbəyi olaraq qalır...” (siyasətçi, hüquqşünas A. Aragelyan) fikrimcə komissiya buraxılmalı... yeni tərkib seçilməlidir.
Araşdırma materiallarına görə dünyanın əsas aparıcı dövlətləri sırasında MTN-nin belə bir ciddi (əslində qeyri-ciddi və ictimaiyyətdən uzaq) komissiyası haqqında məlumat yoxdur. Beynəlxalq aləm, məhkəmələr və digər işçi qrupları öz planlarını regionlarda kök atmış və bilavasitə AbŞ-in diktəsilə işlərini quran “Beynəlxalq Qızıl Xaç” cəmiyyətlərinin məlumatları ilə qururlar.
-Bizim əsirlər harada saxlanılır? – sualına insanlar hələ də cavab gözləyir. Cavab olmayacaq. Çünki cavab yoxdur... Amma necə olur ki, Bərdə qəbristanlığında... bir qəbrdə hələ də beş, altı şəhidimiz yatır... O qəbrlər nə vaxt açılacaq? Nə vaxta qədər o qəbrlərdəkilər sizin yalançı sənədlərinizdə itkin kimi qeyd olunacaq?.. Çünki ulu öndərimiz Heydər Əliyevin həmişə danlaq və töhmətinə tuş gəlmiş kəşfiyyat özlərinin maraq dairəsindən çıxa bilmədilər...
Azərbaycan RF-nın, Amerikanın, Böyük Britaniyanın və İsrailin... kəşfiyyat sənədlərində bütövlükdə “Nəzarətsiz zona”lardan biri kimi qeyd olunurdu.
Sabiq nazir isə bunu şərh etməkdən çəkinirdi. Bu nəzarətsiz zonada ABŞ MKİ-ni, İngiltərənin “Mİ-ı İsrailin “Mossad”ı kifayət qədər iş görürlər. Demək olar ki, bütün nazirliklərdə, inzibati sektorlarında, institutlarda, cəbhə bölgələrində, hüquq-mühafizə sistemində, İran-Türkiyə sərhəd bölgələrində, Prezident Aparatında, Parlament binasında, KİV və Mətbuat mərkəzində... ayrı-ayrı şəxsərin qarajlarında, otaqlarında... qurulan “Dinləmə qurpları” (“TF-10”, “ST-C”, “US-d”) hələ də xarici kəşfiyyat mərkəzlərinin qulağına çevrilib.
Azərbaycan üçün bundan böyük zərbə yoxdur. Nəyin bahasına olursa-olsun, sabitliyilə çaxnaşan dünyanı heyrətdə qoyan Azərbaycan bütün bunlardan təmizlənmişdir.
ABŞ-ın Azərbaycanda “rəngli inqilab” üçün ayırdığı 22 milyon dollara, İngiltərənin ayırdığı 20 milyon funtsterlinqə və s.. vəsaitə qarşı təcili “Strateji Proqramımız” hazırlanmışdır. Belə bir addım bizim təhlükəsizliyimiz üçün vacibdir.
Rövşən Novruzoğlu
Ekspert, MTN-nin keçmiş zabiti, professor, politoloq.
Xeberinfo.com