Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (29-01-2014, 21:33)
Tovuzda tutulan erməninin ailəsi BQXK-nə müraciət edib

    Yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndində saxlanılmış Ermənistan vətəndaşı Mamiko Xocayanın ailəsi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinə müraciət edərək onunla ailəsi arasında əlaqə yaradılmasını xahiş edib. 

"Mediatv.az" xəbər verir ki, bu barədə Trend-ə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, hazırda M.Xocayanla ailəsi arasında əlaqə yaradılması üçün Azərbaycanın müvafiq dövlət strukturları ilə danışıqlar aparılır.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvarın 28-də ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib. Həmin gün saat 15:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, bu gün günorta saatlarında təxminən 65 yaşında olan mülki şəxs Xocayan Mamiko Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.
Xatırladaq ki, son günlər cəbhədə vəziyyət gərgin olaraq qalır. Artıq erməni snayperlərin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun iki zabiti şəhid olub.
Azərbaycan Silahlı Qüvvələri son günlər bir neçə dəfə Əlibəyli kəndi ərazisində erməni diversiya qrupunun qarşısını alıb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin açıqladığı məlumata görə, hazırda Azərbaycanda bir erməni hərbçi əsir və 5 mülki şəxsdən ibarət bir erməni ailəsi saxlanılır. Ermənistanda isə azərbaycanlı əsir yoxdur. Son 21 il ərzində BQXK-nın vasitəçiliyi ilə hər iki tərəfdən təxminən 700 nəfər qaytarılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024