Mediatv.az xəbər verir ki, zəvvarların APA TV-yə verdiyi məlumata görə, uçuşları həyata keçirən "Flynas air" aviaşirkəti problemlə bağlı onlara hər hansı bir məlumat verməyib. Köməksiz vəziyyətdə qalan zəvvarlarımız uçuşun nə vaxt həyata keçiriləcəyindən xəbərsiz olduqlarını bildiriblər.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu problemlə bağlı məlumat yayıb. QMİ Həcc ziyarəti zamanı zəvvarların dönüşündə yaranan gecikmələr və problemlərlə, o cümlədən Ciddə aerportunda zəvvarların etiraz aksiyası ilə bağlı geri uçuşları həyata keçirməyi öhdəsinə götürən “Flynas air” avişirkətinin cəzalandırılmasını tələb edib.
"Flynas air” şirkəti məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, bunun səbəbi Ciddə hava limanında izdihamın yaranması, aeroportun həddən artıq yüklənməsidir.
QMİ isə zəvvarların üzləşdiyi problemlərlə müqayisədə bu səbəbləri yetərli saymır. İdarədən verilən məlumata görə, Səudiyyə Ərəbistanına məxsus aviaşirkət öhdəliklərini yerinə yetirmədiyinə və zəvvarlara yaratdığı problemə görə AZAL-a müraciət edilib.