Mediatv.az-ın məlumatına görə, buna səbəb isə bu gün saat 05 radələrində Bakıya çatdırmalı olan təyyarə reysinin təxirə düşməsidir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məsələ ilə bağlı açıqlama verərək bildirib ki, gecikməyə səbəb Ciddə aerportunda olan izdihamdır.
Lakin izdiham yalnız Ciddə aeroportunda yaranmayıb. Həccdən qayıdan tanışlarını qarşılamaq üçün hava limanına yollanan insanlar da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sıxlıq yaradıblar.
Bu barədə aznews.az-a zəvvarların yaxınları məlumat veriblər. Onlar 13:00-da Hava Limanında düşməli olan təyyarənin gecikdiyini bildiriblər: “Gah deyirlər 3-də gələcək, gah deyirlər 7-də. Biz də səhər 6-dan burada gözləyirik. Bilmirik ki, gözləyək, ya gedək”.
Məlumat üçün bir daha xatırladaq ki, QMİ-dən verilən açıqlamaya görə, azərbaycanlı zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə təxminən saat 19 radələrində Ciddədən Bakıya istiqamət alacaq. İlk reysin ardınca yarım saat intervalla daha 2 təyyarənin bu gün zəvvarları Bakıya gətirməsi planlaşdırılır.