Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (29-09-2015, 19:55)
Azərbaycanda mətbaut azadlığına 800 min avro ayrılıb

 

356Avropa Şurası və Avropa İttifaqı 3 il davam edəcək layihəyə start verib

Mediatv.az-ın məlumatına görə,  Bakıda “Azərbaycanda ifadə və media azadlığı” layihəsi çərçivəsində keçirilən konfransın mövzusu “İnformasiya cəmiyyətinin problemlərinə müraciət” idi.

Əsas diqqət ifadə azadlığının bir hissəsi kimi informasiya azadlığının həyata keçirilməsi və Avropa təcrübəsi ilə tanışlıq üzərində cəmlənmişdi.
Layihənin yaydığı açıqlamanın gözlənilən nəticələr bölməsində qeyd olunur: jurnalistlərin fiziki və hüquqi sıxışdırılması (saxlama da daxil olmaqla) işləri üzrə ittihamla nəticələnmiş istintaq və məhkəmə işlərinin sayı artmışdır:
AİHK və müvafiq məhkəmə işlərinə uyğun olaraq defamasiya üzrə qanunvericilik Cinayət Məcəlləsindən çıxarılmışdır. Defamasiyaya görə mülki sanksiyalar aqlabatan və proporsionaldır:
Jurnalistlərin hüquqlarının müdafiəsi üçün dayanıqlı müstəqil hüquqi xidmət yaradılmalıdır:
Eyni zamanda, jurnalistlərin peşə təlimi keyfiyyətinin artırılması, AŞ standartlarına uyğun etik qaydaları əks etdirən təhsil proqramlarının əlçatanlığının təmin edilməsi nəzərdə tutulur:
İnternetə geniş çıxış üçün siyasdət formalaşmalıdır.
Turan İA-nin yaydığı məlumata əsasən, AŞ-ın Bakı ofisinin rəhbəri Draqan Filippoviçin verdiyi məlumata görə, konfrans AŞ-ın Azərbaycanla əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində tədbirlər silsiləsindəndir.
O qeyd edib ki, informasiyaya azad çıxış Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 10-cu maddəsində zəmanət verilmiş ifadə azadlığının mühüm elementidir.
Layihənin məqsədi Azərbaycanda plüralist medianın inkişafına töhfə verməkdir.
Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov bildirib ki, beynəlxalq təşkilatlarla tərəfdaşlıq çərçivəsində çoxdan belə bir tədbir keçirilməmişdi. O, konfransın gələcək əməkdaşlığa təkan verəcəyinə ümidini ifadə edib.
Daha sonra Amaşov Azərbaycanda informasiya azadlığının həyata keçirilməsi üçün geniş hüquqi baza olduğunu qeyd edib.
Avropa Şurasının ifadə və media azadlığına dəstək layihələrinin proqram meneceri Leyla Marşaniya Azərbaycan üzrə konkret layihə haqqında məlumat verib.
Əsas məqsəd ifadə və informasiya azadlığı sahəsində Azərbaycan qanunvericiliyinin AŞ standartlarına uyğunlaşdırılması, jurnalistlərin təhlükəsizliyinin təşviqi və artırılmasıdır.
Layihə çərçivəsində (2015-2017-ci illər) AŞ müvafiq dövlət orqanları, yerli və beynəlxalq ekspertlər, universitetlər, media və QHT peşəkarları ilə əməkdaşlıq etmək niyyətindədir.
Ədliyyə Nazirliyi, Mətbuat Şurası və Ombudsman Aparatının nümayəndələri Azərbaycanda informasiya azadlığının vəziyyəti haqqında məruzələr təqdim ediblər. Onlar əsasən qanunvericiliyin mütərəqqi normalarını qeyd ediblər, problemlər haqqında danışarkən isə jurnalistlərin şəxsi həyatın məxfiliyini pozmasından şikayətləniblər.
Lakin jurnalistlərin fəaliyyət şəraitinin və informasiyaya çıxışın yaxşılaşdırılması haqqında heç bir təklif səslənməyib.
AŞ-ın Azərbaycan ofisinin layihə meneceri Pərvanə Bayramova, beynəlxalq ekspertlər Staffan Dalhoff (İsveç) və Nevena Ruziç informasiya azadlığının həyata keçirilməsi üzrə qabaqcıl Avropa təcrübəsindən danışıblar.
Xüsusən, qeyd edilib ki, Avropa Konvensiyasının 10-cu maddəsində ifadə azadlığının öz fikrinə sadiq qalmaq azadlığını və ictimai hakimiyyət tərəfindən hər-hansı müdaxilə olmadan və dövlət sərhədlərindən asılı olmadan informasiya almaq və yaymaq azadlığını ehtiva edir.
Doğrudur, milli təhlükəsizlik, ictimai asayiş, ərazi bütövlüyü və s. nöqteyi-nəzərdən bu azadlığın məhdudlaşdırılmasına yol verilir. Amma bu məhdudiyyətlər özləri “məhdud” olmalı, demokratiyaya uyğun olaraq qanunda dəqiq təsvir edilməli və proporsional olmalıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024